Page 663 - design_Topcubashov_Full_Layout 1
P. 663
İzahlar və şərhlər
atasının rәhbәrlik etdiyi nümayәndә heyәtindә müxtәlif texniki
vәzifәlәri yerinә yetirmişdi. Mühacirәt illәrindә Fransada alim,
pedaqoq, Yaxın Şәrq üzrә mütәxәssis kimi tanınırdı.
446
Ceyhun bәy Hacıbәyli (1892–1962) – ictimai-siyasi xadim,
publisist, musiqişünas, jurnalist, folklorşünas. Azәrbaycan
Cümhuriyyәtinin rus dilindә çap olunan rәsmi “Azәrbaycan” qәzetinin
baş redaktoru, Azәrbaycan nümayәndә heyәtinin müşaviri. Hәyatının
Paris dövründә Ә.Topçubaşovun әn yaxın kömәkçisi olmaqla yanaşı,
Azәrbaycan mәdәniyyәtinin populyarlaşdırılması istiqamәtindә dә
çalışmışdı.
447
Mәhәmmәd Mәhәrrәmov (1895–1982) – Azәrbaycan siyasәtçisi,
ictimai xadim. Zaqafqaziya Seyminin, Azәrbaycan Milli Şurasının
üzvü, Paris sülh konfransında sosialist partiyasından Azәrbaycan
nümayәndә heyәtinin müşaviri. Mühacirәt illәrindә tәdricәn fәal
siyasәtdәn uzaqlaşmış, daha çox bukinist kitabların toplanması vә
satışı ilә mәşğul olmağa başlamışdı. Nümayәndә heyәtinin hәyatda
qalan son üzvü olmuşdu.
448 Әkbәrağa Şeyxülislamov (1891–1961) – Azәrbaycan siyasi vә
ictimai xadimi. Zaqafqaziya Federativ Respublikası hökumәtinin,
Azәrbaycan Milli Şurası vә Azәrbaycan Parlamentinin üzvü. Sosialist 663
partiyasından Paris sülh konfransında iştirak edәn Azәrbaycan
nümayәndә heyәtinin üzvü.
449 Miryaqub Mehdiyev (1891–1949) – Azәrbaycan siyasi xadimi,
iqtisadçı vә hüquqşünas, İttihad vә Tәrәqqi partiyasından Azәrbaycan
Parlamentinin üzvü. Parisә göndәrilәn sülh nümayәndә heyәtinin
üzvü. Fransada rus vә fransız dillәrindә çap olunmuş kitabların
müәllifidir.
450
Marqulies Manuil Sergeyeviç (1869–1939) – yәhudi әsilli rus
ictimai-siyasi xadimi, vәkil, hüquqşünas, publisist, tәbabәt doktoru.
Fransanın “Böyük Şәrq” mason lojasının üzvü.
451
Minor (әsl soyadı Zalkind) Osip Solomonoviç (1861–1934) –
yәhudi әsilli rus inqilabçısı, xalqçı, 1903-cü ildәn eser partiyasının vә
onun MK-sının üzvü. Uzun illәr katorqa vә sürgünlәrdә olmuşdu.
1919-cu ildәn Parisdә mühacir kimi yaşayırdı. Kerenskinin “Dni”
qәzetinin redaksiya heyәtinin üzvü idi.
452 Kerenski Aleksandr Fyodoroviç (1881–1970) – rus siyasi vә
dövlәt xadimi, hüquqşünas. Müvәqqәti hökumәtin naziri vә hökumәt
başçısı. 1917-ci ildәn siyasi mühacir.