Page 665 - design_Topcubashov_Full_Layout 1
P. 665
İzahlar və şərhlər
memarlıq üzrә tәhsil almışdı. Parisә göndәrilәn sülh nümayәndә
heyәtinin texniki katibi idi. Bir neçә ay İstanbulda Azәrbaycanın
diplomatik nümayәndәsi olmuşdu. Almaniyada ali tәhsilini
tamamladıqdan sonra hәmişәlik Türkiyә Cümhuriyyәtindә qalmış,
memar kimi çalışmışdı.
462 Lloyd Corc (David Lloyd George, 1863–1945) – ingilis siyasәtçisi
vә dövlәt xadimi, qraf. 1916–1922-ci illәrdә Böyük Britaniyanın baş
naziri. Fәaliyyәti boyu Osmanlı imperiyasını parçalamaq siyasәti
yürütmüş, türklәrә düşmәn münasibәti ilә fәrqlәnmişdi. ABŞ prezidenti
Vilson, Fransa baş naziri Klemanso, İtaliya baş naziri Orlando ilә
birlikdә Paris sülh konfransında әsas söz sahiblәrindәn biri kimi
tanınırdı.
463
Klemanso (Georges Benjamin Clemenceau, 1941–1929) –
fransız siyasәtçisi vә dövlәt xadimi, jurnalist. 1906–1909-cu vә 1917–1920-ci
illәrdә Fransanın baş naziri. 1918-ci ildә Fransa Akademiyasının
üzvü seçilmişdi. Paris sülh konfransı zamanı Almaniyanın zәif
salınması istiqamәtindә qәrarların alınmasında mühüm rolu olmuşdu.
Dünyaya Versal nizamı gәtirәn Versal sülh müqavilәsinin әsas
memarlarından biri idi.
464
Makino (Noubaki Makino, 1861–1929) – yapon siyasәtçisi vә 665
dövlәt xadimi. 1913–1920-ci illәrdә Yaponiyanın xarici işlәr, 1925–1929-
cu illәrdә isә baş naziri olmuşdu. Paris sülh konfransı zamanı yüksәk
rütbәli yapon diplomatı kimi Yaponiya hökumәtini tәmsil etmişdi.
465 Tomas Albert (Thomas Albert, 1878–1932) – fransız tarixçisi,
sosialist partiyasından nazir, Beynәlxalq Әmәk Tәşkilatının banisi vә
ilk sәdri. Sülh konfransında yeni Rusiyanı dәstәklәyәn siyasәtçilәrdәn
biri idi.
466
Qabba N.R. – italyan hәrbçisi, polkovnik. 1919-cu ildә Qafqaza
göndәrilmiş italyan hәrbi missiyasının başçısı. İtaliya hökumәtinә
Azәrbaycanla bağlı mәlumat vә mәktubları mövcuddur. Onun tәşәbbüsü
ilә 1920-ci ilin başlanğıcında Bakıya İtaliya ilә ticari-iqtisadi әmәkdaşlıq
mәsәlәlәrini müzakirә etmәk vә müvafiq әlaqәlәr qurmaq mәqsәdilә
senator Kondinin rәhbәrliyi ilә 33 nәfәrdәn ibarәt nümayәndә heyәti
gәlmişdi.
467 Simpson Benjamin – ingilis diplomatı vә Şәrq üzrә mütәxәssis.
Paris sülh konfransında Britaniya nümayәndә heyәtinin üzvü.
Konfransda yeni milli dövlәtlәrlә bağlı ekspert qismindә çıxış edirdi.
468 Әziz bәy Tahirov – azәrbaycanlı diplomat, Xarici İşlәr Nazirliyinin
әmәkdaşı. Azәrbaycan Cümhuriyyәtinin Müttәfiq qüvvәlәr ko -