Page 660 - design_Topcubashov_Full_Layout 1
P. 660

İzahlar və şərhlər

                  422  Korqanov Qavriil Qriqoryeviç (1880–1954) – ermәni әsilli rus
                  generalı. 1918-ci ildәn sonra Ermәnistan Respublikası ordusunda
                  xidmәt edirdi. Paris sülh konfransında ermәni nümayәndә heyәtinin
                  hәrbi mәsәlәlәr üzrә müşaviri olmuşdu. Hәyatını siyasi mühacir kimi
                  Fransada başa vurmuşdu.
                  423
                    Lord Hardinq (Hardinge Charles, 1858–1944) – ingilis diplomatı
                  vә dövlәt xadimi. Rusiya vә İrandakı Böyük Britaniya sәfirliklәrindә
                  çalışmış, 1904-cü ildә Peterburqda İngiltәrәnin ilk fövqәladә vә
                  sәlahiyyәtli sәfiri olmuş, daha sonra eyni missiyanı ABŞ-da davam
                  etdirmişdi. 1912–1916-cı illәrdә Hindistanın vitse-kralı olmuş, 1916-cı
                  ildә yenidәn diplomatik xidmәt sahәsinә qayıdaraq Fransaya sәfir
                  tәyin edildiyi 1920-ci ilә qәdәr Xarici İşlәr Nazirliyinin Dövlәt katibi
                  (nazirin birinci müavini) kimi fәaliyyәt göstәrmişdi.
                  424
                     Lord Kerzon (Curzon George Nataniel, 1859–1925)  – lord,
                  tanınmış ingilis sәyyahı, publisist, dövlәt xadimi. Hindistanın vitse-
                  kralı (1899–1906), Böyük Britaniya xarici işlәr naziri (1919–1924),
                  lordlar palatasının lideri (1916–1925) kimi mühüm vәzifәlәr tutmuş,
                  İngiltәrәnin, qismәn dә  Avropanın Birinci Dünya müharibәsi vә
                  müharibәdәn sonrakı dövrdә xarici siyasәtini müәyyәn edәn nüfuzlu
         660      siyasәtçi kimi tanınmışdı.
                  425  Broşe (Brocher Martin) – isveçrәli qafqazşünas-alim, professor.
                  1919–1923-cü illәrdә Azәrbaycan nümayәndә heyәti ilә yaxından
                  әmәkdaşlıq etmiş, mәslәhәtçi, bir sıra hallarda isә tәrcümәçi vәzifәsini
                  öz üzәrinә götürmüşdü.  Azәrbaycan haqqında fransız dilindә çap
                  olunmuş mәqalәlәrin müәllifidir.
                  426
                    Vilson (Wilson Henry, 1864–1922) – ingilis hәrbçisi, feldmarşal,
                  Birinci Dünya müharibәsinin iştirakçısı. 1917-ci ildә Böyük Britaniya
                  baş naziri Lloyd Corcun hәrbi mәsәlәlәr üzrә müşaviri, sonra isә
                  Paris sülh konfransının  Ali Hәrbi Şurasında İngiltәrәnin daimi
                  nümayәndәsi olmuşdu. 1918–1922-ci illәrdә Britaniya silahlı
                  qüvvәlәrinin Baş Qәrargah rәisi idi.
                  427  Bitti Devid (Beatty David, 1871–1936) – Britaniya hәrbçisi,
                  donanma admiralı. Birinci Dünya müharibәsinin iştirakçısı. 1919–1927-ci
                  illәrdә İngiltәrә hәrbi donanmasının komandanı olmuşdu.
                  428  Çiçerin Georgi Vasilyeviç (1872–1936) – rus inqilabçısı, sovet
                  diplomatı, 1918–1930-cu illәrdә PSFSR vә SSRİ xalq xarici işlәr
                  komissarı. 1920-ci ilin yanvarında Azәrbaycan Cümhuriyyәti hökumәtini
                  Denikinlә mübarizәdә әlbir fәaliyyәtә cәlb etmәyә çalışsa da, tәşәbbüsü
                  uğursuzluqla nәticәlәnmişdi.
   655   656   657   658   659   660   661   662   663   664   665