Page 666 - design_Topcubashov_Full_Layout 1
P. 666

İzahlar və şərhlər


                  mandanlığında nümayәndәsi olmuşdu. Cümhuriyyәtin İtaliyadakı
                  sәfirliyinә tәyinat alsa da, sәfirlik açılmadığından tәyinat yerinә gedә
                  bilmәmişdi.
                  469
                     Fium – Birinci Dünya müharibәsinә qәdәr Avstriya-Macarıstan
                  imperiyası tәrkibindә şәhәr. Müharibәdәn sonra әhalisi qarışıq tәrkibә
                  malik şәhәr uğrunda bir tәrәfdәn İtaliya, o biri tәrәfdәn Sloveniya,
                  Xorvatiya vә Serbiya krallığı arasında mübarizә başlanmışdı. İtalyanlar
                  bir müddәt Fiumu tutub orada “Fium Respublikası” elan etmişdilәr.
                  Lakin nәticәdә konfransın qәrarına әsasәn keçmiş  Yuqoslaviyaya
                  (Sloveniya, Serbiya vә Xorvatiya krallığı) verilmişdi. Hazırda Rijeka
                  adı ilә Xorvatiyanın tәrkibinә daxildir.
                  470 Konfrans – Azәrbaycan, Ermәnistan vә Gürcüstan nümayәndәlәrinin
                  iştirakı ilә 1919-cu ilin aprelindә Tiflisdә qarşılıqlı münasibәtlәrin
                  tәnzimlәnmәsinә hәsr olunmuş konfrans nәzәrdә tutulur.
                    Kaçaznuni Ovanes (1868–1938) – XX әsrin әvvәllәrindә ermәni
                  471
                  milli hәrәkatının fәal nümayәndәsi, daşnak partiyasının üzvü, 1918–1919-cu
                  illәrdә Ermәnistan Respublikasının baş naziri. Siyasi mühacir.
                  472  Dmovski ( Roman Stanislaw Dmowski, 1864–1939) – polyak
                  siyasәtçi, publisist vә dövlәt xadimi. II vә III Dövlәt Dumalarının
                  üzvü. Paris sülh konfransında Polşa nümayәndә heyәtinin üzvü.
         666
                  Marşal Pilsudskinin siyasi opponenti idi. Polşa müstәqillik qazanandan
                  sonra qısa müddәtә ölkәsinin xarici işlәr naziri olmuşdu.
                  473
                     Paderevski (İgnacy Jan Paderewski, 1860–1941)  – dünya
                  miqyasında tanınan Polşa pianoçusu, bәstәkar, ictimai-siyasi xadim,
                  1919-cu ilin yanvar-may aylarında Polşanın baş naziri vә xarici işlәr
                  naziri olmuşdu.
                  474  Beşlәr Şurası – Paris sülh konfransının qәrar vermәk sәlahiyyәtinә
                  malik әsas üzvlәri –  ABŞ, Böyük Britaniya, Fransa, İtaliya vә
                  Yaponiya nәzәrdә tutulur.
                  475  Abdulla bәy Sübhanverdixanov (1886–1937)  – azәrbaycanlı
                  yazıçı vә pedaqoq. 1919–1920-ci illәrdә Azәrbaycan Cümhuriyyәti
                  Xarici İşlәr Nazirliyinin mәsul әmәkdaşı.
                  476  Abbas bәy Atamalıbәyov (1891–1975) – azәrbaycanlı siyasәtçi,
                  sosialist partiyasından Azәrbaycan Parlamentinin üzvü, Paris sülh
                  konfransında Azәrbaycan nümayәndә heyәtinin müşaviri.
                  477
                    Yudeniç Nikolay Nikolayeviç (1862–1933) – rus hәrbçisi, süvari
                  generalı. Birinci Dünya müharibәsinin iştirakçısı. Vәtәndaş müharibәsi
                  illәrindә şimal-qәrb istiqamәtindә bolşeviklәrә qarşı vuruşmuşdu.
                  478  “İl Tempo” – sağ tәmayüllü italyan ictimai-siyasi qәzeti.
   661   662   663   664   665   666   667   668   669   670   671