Page 668 - design_Topcubashov_Full_Layout 1
P. 668

İzahlar və şərhlər


                  M.Mәhәrrәmov, M.Mehdiyev vә C.Hacıbәyli, gürcü heyәtindәn isә
                  Qobeçia, knyaz Sumbatov (Sumbataşvili) vә knyaz  Avalov tam
                  hüquqlu üzvlәr kimi komitәnin tәrkibinә daxil olmuşdular.
                  488
                     Qobeçia İosif Pavloviç (1879–1962)  – gürcü inqilabçısı, eser,
                  Gürcüstanın Paris sülh konfransına göndәrilәn nümayәndә heyәtinin
                  üzvü. Gürcü siyasi mühacirәtinin tanınmış xadimlәrindәn biri.
                  489 Avalov (Avalişvili) Zurab Davidoviç (1876–1944) – gürcü ictimai-
                  siyasi xadimi, tarixçi, hüquqşünas, diplomat, Paris sülh konfransında
                  gürcü nümayәndә heyәtinin üzvü. Beynәlxalq hüquqa vә müstәqil
                  Gürcüstanın beynәlxalq hüquq sistemindәki yerinә dair bir sıra elmi
                  әsәrlәrin müәllifidir.
                  490  Qvarcaladze Konstantin (1883–1969)  – gürcü siyasi xadimi,
                  sosial-demokrat, Gürcüstan xarici işlәr nazirinin müavini. 1919-cu
                  ilin yanvarında Paris sülh konfransındakı Gürcüstan nümayәndә
                  heyәtinin üzvü kimi fәaliyyәt göstәrir, eyni zamanda gürcü hökumәtini
                  Londonda tәmsil edirdi. 1921-ci ildәn siyasi mühacir idi.
                  491  Çaykovski Nikolay  Vasilyeviç (1850–1926)  – rus inqilabçısı,
                  eser partiyasının üzvü, Şimal әyalәtlәri Müvәqqәti hökumәtinin sәdri.
                  Bolşevik çevrilişinә kәskin tәnqidi münasibәti ilә seçilirdi. 1919-cu
                  ildә sülh konfransının işindә iştirak etmәk üçün Parisә getmiş,
         668
                  hәyatının son illәrini mühacirәtdә keçirmişdi.
                  492  Savinkov Boris  Viktoroviç (1879–1925)  – rus siyasi xadimi,
                  inqilabçı. Eyni zamanda siyasi terror aktlarının hәyata keçirilmәsindә
                  iştirak etmişdi. Eser partiyasının rәhbәrlәrindәn biri idi. Xüsusilә
                  partiyanın hәrbi qanadının tәşkil olunmasında fәal çalışmışdı.
                  Ağqvardiya hәrәkatının iştirakçısı olmuşdu. Siyasi fәaliyyәti ilә
                  yanaşı, şair, yazıçı, publisist vә memuar әsәrlәrinin müәllifi kimi rus
                  mәdәniyyәti tarixindә iz qoymuşdu.
                  493  Poqos Nubar (Boghos Nubar, 1851–1930) – ermәni siyasi xadimi.
                  Uzun müddәt Misirdә yaşamış vә çalışmışdı. Paris sülh konfransında
                  Osmanlı imperiyası ermәnilәrinin maraqlarının keşiyindә dayanmışdı.
                  Ümumdünya Ermәni Xeyriyyә Fondunun tәşkilatçısı vә ilk sәdri
                  olmuşdu.
                  494
                    Xazralov (daha dәqiq: Xadzaraqov Musa Hәsәn) – osetin-mü -
                  sәl man. 1918-ci ildә Dağlılar Respublikası İttifaq Şurasının (Parlament)
                  üzvü. Dağlı Respublikası heyәtinin tәrkibindә sülh konfransında
                  iştirak etmişdir.
                  495  Ohancanyan (Ohancanov) Amazasp İvanoviç (1874–1947) –
                  ermәni ictimai-siyasi xadimi, daşnak partiyasının üzvü, Ermәnistan
   663   664   665   666   667   668   669   670   671   672   673