Page 670 - design_Topcubashov_Full_Layout 1
P. 670

İzahlar və şərhlər

                  502  Kovalevski Maksim Maksimoviç (1851–1916) –  rus alimi,
                  hüquqşünas, tarixçi, sosioloq. Rusiya İmperator EA-nın akademiki.
                  İnqilabdan әvvәlki rus mason hәrәkatının tanınmış nümayәndәlәrindәn
                  biri idi. I Dövlәt Dumasının tәrkibinә vә Dövlәt Şurasına seçilmişdi.
                  503  “Strana” – M.M.Kovalevskinin vә professor İ.İ.İvankovun redaktәsi
                  altında 1906-cı ildәn etibarәn nәşr olunan gündәlik siyasi, ictimai,
                  mәdәni vә iqtisadi qәzet.
                  504
                     Robinov Maks (Robinoff Max, 1877–1966) – yәhudi mәnşәli
                  amerikan iqtisadçısı vә maliyyәçi. 1919-cu ilin sentyabrında Azәrbaycan
                  nümayәndә heyәtinin iqtisadi mәsәlәlәr üzrә müşaviri tәyin olunmuş
                  vә bu barәdә müvafiq müqavilә bağlanmışdı. Eyni zamanda heyәt
                  adından ABŞ-da Azәrbaycan üçün uzunmüddәtli kredit vә güzәştli
                  borclar almaq üçün danışıqlar aparırdı.
                  505  Çandler (Chandler Walter Marion, 1867–1935) – ABŞ hüquqşünası
                  vә siyasәtçisi. 1912–1923-cü illәrdә Konqresin Nümayәndәlәr Pala -
                  ta sının üzvü. 1919-cu il sentyabrın 25-dә Ә.Topçubaşovla imzalanmış
                  müqavilәyә әsasәn, ABŞ-da Azәrbaycan nümayәndә heyәtinin rәsmi
                  tәmsilçisi, habelә Vaşinqtonda Azәrbaycan Respublikasının maraqlarının
                  qorunması üzrә müşavir tәyin edilmişdi.
                  506  L`Europe Orientale – Parisdә 1918–1921-ci illәrdә çap olunan
         670
                  siyasi, iqtisadi vә elmi-populyar illüstrasiyalı jurnal. Sәhifәlәrindә
                  Azәrbaycan Cümhuriyyәti ilә bağlı bir sıra materiallar dәrc etmişdi.
                  507  Ernst Nobel – burada söhbәt, çox güman ki, Emil Lüdviq Nobeldәn
                  (1885–1951) gedir.
                  508  Azov-Don bankı  – Rusiya imperiyasının 1874–1917-ci illәrdә
                  fәaliyyәt göstәrmiş әn böyük kommersiya banklarından biri. 1871-ci
                  ildә Taqanroqda tәsis edilmişdi. 1917-ci ildә Rusiyada 70-dәn çox
                  şöbәsi vardı. Lakin bolşeviklәr hakimiyyәtә gәlәn kimi RSFSR Xalq
                  Komissarları Soveti 1917-ci ildә digәr qeyri-dövlәt bankları ilә birlikdә
                  Azov-Don bankının da fәaliyyәtini dayandırmış, 1918-ci ilin yanvarında
                  isә onun bütün aksioner kapitalını Rusiya Dövlәt Bankının xeyrinә
                  müsadirә etmişdilәr. Tәbii ki, Topçubaşov bundan xәbәrsiz idi.
                  509  Gegeçkori Yevgeni Petroviç (1881–1954) – gürcü siyasi xadimi,
                  menşevik. Fevral inqilabından sonra gürcü sosial-demokrat partiyasının
                  lideri. 1917-ci ildә Zaqafqaziya komissarlığının başçısı. 1918–1921-ci
                  illәrdә Gürcüstanın xarici işlәr naziri. 1952–1954-cü illәrdә mühacirәtdәki
                  gürcü hökumәtinin baş naziri.
                    Standart Oil Company – monopoliya tipli amerikan neft şirkәti.
                  510
                  Neftin çıxarılması, daşınması, emalı vә marketinqi ilә mәşğul olurdu.
   665   666   667   668   669   670   671   672   673   674   675