Page 673 - design_Topcubashov_Full_Layout 1
P. 673

İzahlar və şərhlər

           530  Müstansәrüs Sәltәnә – İran dövlәt xadimi, 1918–1920-ci illәrdә
           İran xarici işlәr nazirinin müavini, Paris sülh konfransında İran
           nümayәndә heyәtinin üzvü.
           531  Müqavilә – 1919-cu il avqustun 9-da Londonda İran dövlәti ilә
           Böyük Britaniya arasında imzalanmış anlaşma nәzәrdә tutulur. Bu
           müqavilәyә görә, Böyük Britaniya İran ordusunu yenidәn qurmaq,
           habelә İranın dövlәt müәssisәlәrinә öz müşavir vә mәslәhәtçilәrini
           göndәrmәk hüququ әldә edirdi. İrana ayrılan 2 milyon funt-sterlinq
           miqdarında subsidiya yalnız İngiltәrәnin nәzarәti altında xәrclәnә
           bilәrdi. Ölkәdә milli-azadlıq hәrәkatının yüksәlişi vә bolşevik Rusiyası
           ilә yaxınlaşma nәticәsindә İran hökumәti 1922-ci ildә 1919-cu il 9 av -
           qust müqavilәsinin qüvvәdәn düşdüyünü elan etmәk mәcburiyyәtindә
           qalmışdı.
           532
             Kuban hökumәti yanında diplomatik nümayәndә C.Rüstәmbәyov
           (1884–1937) – hәkim, ictimai xadim, diplomat. 1920-ci ilin fevralında
           ticarәt, sәnaye vә әrzaq nazirinin müavini tәyin edilmişdi. 1920-ci
           illәrdә Müsavat partiyasının Bakıda fәaliyyәt göstәrәn gizli Milli
           Mәrkәzinin üzvü olmuşdu.
           533
             “L`Action Française” (“Fransız hәrәkatı”) – Fransada monarxist
           yönümlü tәşkilatlar tәrәfindәn 1899-cu ildә tәsis edilәn gündәlik
           ictimai-siyasi qәzet.                                       673
           534  “La Croix” (“Xaç”) – roman-katolik istiqamәtli gündәlik fransız
           ictimai-siyasi qәzeti. 1880-ci ildәn bu günә qәdәr Parisdә nәşr olunur.
           535  Zenzinov Vladimir Mixayloviç (1880–1953) – rus siyasi xadimi,
           eser. Dövrünün tanınmış jurnalistlәrindәn biri idi. Müәssislәr Mәclisinә
           seçilmişdi. Mühacirәtdә (ABŞ) “Azadlıq uğrunda” adlı qәzet nәşr
           edirdi.
           536
             Stalinski Yevsey Aleksandroviç (1880–1953) – rus ictimai xadimi,
           yazıçı, publisist, tәnqidçi. Fransada siyasi mühacir kimi yaşadığı
           dövrdә “Pour la Russie” vә bir sıra digәr nәşrlәrin redaktoru olmuşdu.
           537  “Pour la Russie”  – rusiyalı siyasi mühacirlәrin 1918–1920-ci
           illәrdә Parisdә fransız vә rus dillәrindә çap etdiklәri ictimai-siyasi
           qәzet. Mәhdud dairәdә, әsasәn, monarxist mәfkurәli rus mühacirlәri
           arasında yayılırdı.
           538  Fransız Müstәmlәkәlәri Liqası – XIX әsrin sonlarında yaradılan,
           metropoliya ilә müstәmlәkәlәr arasında siyasi, iqtisadi, ticari vә
           mәdәni әlaqәlәrin yaranmasına vә genişlәnmәsinә xidmәt edәn fransız
           ictimai tәşkilatı.
           539  Enfiacyan Aram – ermәni parlamentar, Paris sülh konfransında
           ermәni nümayәndә heyәtinin üzvü.
   668   669   670   671   672   673   674   675   676   677   678