Page 678 - design_Topcubashov_Full_Layout 1
P. 678
İzahlar və şərhlər
574 Georgi xaçı – 1807–1917-ci illәrdә Rusiya imperiyasında döyüş
şәraitindә rәşadәt vә igidliyә görә verilәn orden. dörd dәrәcәsi mövcud
idi. Qeyri-xristianlar üçün fәrqli formada Georgi xaçı tәsis edilmişdi.
575
Levitskinin lal üsulu – әsası hәlә XVIII әsr rus pedaqoqu
L.S.Levitski tәrәfindәn qoyulan, sxolastik xarakterli, mexaniki
әzbәrlәmә әsasında tәhsil verәn pedaqoji metod.
576 Müqәddәs Nina mәktәbi – 1846-cı ildә Tiflisdә tәsis olunmuş
Müqәddәs Nina adına qadın xeyriyyә cәmiyyәtinin tәşәbbüsü ilә
1861-ci ilin oktyabrında Bakıda açılan vә әsilzadә ailәlәrindәn olan
qızlara rus dilindә tәhsil verәn tәhsil müәssisәsi. 1919-cu ildә
Azәrbaycan Cümhuriyyәti xalq maarif nazirinin әmri ilә bu mәktәbin
bazasında birinci Azәrbaycan milli qadın gimnaziyası yaradılmışdı.
577
Seyid Әzim Şirvani (1835–1888) – Azәrbaycan şairi, maarifçi vә
pedaqoq. “Әkinçi” qәzeti ilә әmәkdaşlıq etmişdi. Lirik şeirlәrindә
Füzuli әnәnәlәrini davam etdirmәyә üstünlük versә dә, satirik vә
realist әsәrlәrindә yaşadığı dövrün problemlәrinin işıqlandırılması
daha böyük yer tutmuşdu.
578 Mәşhur krımlı ictimai xadim – söhbәt İsmayıl bәy Qaspıralıdan
(1853–1914) gedir.
579 Yan Qus (Jan Hus, 1369–1415) – çex xalqının milli qәhrәmanı,
678
mütәfәkkir, çex Reformasiya hәrәkatının ideoloqu. Din xadimi. Bir
müddәt Praqa Universitetinin rektoru olmuşdu. Katolik kilsәsi onun
tәlimindә küfr elementlәri olduğunu iddia edәrәk tonqalda yandırılıraq
edam edilmәsi qәrarını çıxarmışdı. Tövbә hüququndan imtina etmişdi.
Yan Qusun edamı onun tәrәfdarlarının “Yan Qus tәrәfdarlarının
müharibәsi” başlatmalarına sәbәb olmuşdu.
580 Kuzmin Viktor Vasilyeviç – “Kaspi” qәzetinin 1881–1887-ci
illәrdә fәaliyyәt göstәrmiş ilk redaktoru. Onun redaktorluğu dövründә
“Kaspi” gündәlik qәzetә çevrilmiş, formatı böyüdülmüş vә Bakı
hәyatını әksәr yönlәri ilә işıqlandırmağa başlamışdı. Daha әvvәl
Bakının ilk rusdilli qәzeti “Bakinskie izvestiya”nı redaktә etmişdi.
581 “Obzor” – 1878–1880-ci illәrdә Tiflisdә gürcü maarifçisi Niko
Nikoladzenin redaktorluğu ilә çap olunan gündәlik ictimai-siyasi
qәzet. Tәnqidi istiqamәt güclü olduğuna görә daim senzura tәqiblәrinә
uğramışdı. Azәrbaycanlı müәlliflәrdәn İ.S.Şahtaxtinski vә H.Zәrdabi
qәzetin işindә yaxından iştirak edirdilәr.
582
Tumanov qardaşları – XIX әsrin son rübündә Tiflisdә nәşriyyat
işlәri ilә mәşğul olan vә qәzet naşiri kimi fәaliyyәt göstәrәn ermәni
әsilli Konstantin, Vladimir vә Georgi Tumanovlar nәzәrdә tutulur.