Page 675 - design_Topcubashov_Full_Layout 1
P. 675
İzahlar və şərhlər
almaq üçün Paris universitetinә göndәrilmişdi. Sonrakı taleyi bәlli
deyil.
551 Krasin Leonid Borisoviç (1870–1926) – sovet partiya vә dövlәt
xadimi. 1918–1923-cü illәrdә sәnaye vә ticarәt, yollar, xarici ticarәt
komissarlıqlarına rәhbәrlik etmişdi. Hәyatının son illәrini diplomatik
xidmәtdә keçirmiş, Böyük Britaniyada Sovet Rusiyasının sәlahiyyәtli
nümayәndәsi olmuşdu.
Mirzeynalabdin Mirqasımov (Mirqasımzadә, 1887–?) –
552
Azәrbaycan hökumәtinin Avropaya göndәrdiyi tәlәbәlәrdәn biri.
Әvvәlcә Nansi Universitetindә elektronika üzrә tәhsil almış, sonra
Sorbonna Universitetinin Hüquq mәktәbinә dәyişilmişdi. Akademik
Mirәsәdulla Mirqasımovun qardaşıdır.
553 Makedoniyalı İskәndәr (e.ә. 356 – e.ә. 323) – e.ә. 336-cı ildәn
Makedoniya çarı, sәrkәrdә vә fateh, antik dövrün ilk dünya imperiyasının
yaradıcısı hesab olunur.
554 Teymurlәng (1336–1405) – Avropa mәnbәlәrindә daha çox
Tamerlan kimi tanınan Orta Asiya türk hökmdarı. Sәrkәrdә vә dövlәt
xadimi. Paytaxtı Sәmәrqәnd olan Teymurilәr imperiyasının qurucusu.
555 Leon Kohen (Leon Cahun, 1841–1900) – yәhudi әsilli fransız
sәyyahı, şәrqşünas, türkoloq vә yazıçı. 1896-cı ildә çap etdirdiyi
“Asiya tarixinә giriş. Türklәr vә monqollar” adlı, әsasәn, obyektiv 675
istiqamәtli araşdırması bir çox türk xalqlarının, elәcә dә Azәrbaycan
türklәrinin qәdim tarixinә müәyyәn qәdәr işıq salırdı.
556 Armin Vamberi (1832–1913) – yәhudi әsilli macar şәrqşünası,
sәyyah, poliqlot. Avropada ilk dәfә Budapeşt Universitetindә türkologiya
kafedrası qurmuş (1870) vә 30 ildәn artıq onun fәaliyyәtinә rәhbәrlik
etmişdi. Macar vә türk xalqlarının etnik yaxınlığı haqqındakı hipotezi
elm alәminә ilk dәfә gәtirәnlәrdәndir.
557 Firdovsi Tusi (935–1020) – fars әdәbiyyatının klassiki, mәşhur
“Şahnamә” eposunun müәllifi. İran millәtçiliyinin banilәrindәn sayılır.
558 Hafiz Şirazi (1320–1390) – orta әsrlәr fars şairi, sufi poeziyasının
tanınmış nümayәndәsi. Yaradıcılığı, vәtәnindә olduğu kimi,
Azәrbaycanda da populyar idi.
559 Sәdi Şirazi (1210–1292) – orta әsrlәr fars şairi, Şәrq didaktik
poeziyasının klassiki. “Bustan” vә “Gülüstan” әsәrlәrindәn XIX әsr
Azәrbaycan mәdrәsәlәrindә vә molla mәktәblәrindә dәrs vәsaiti kimi
istifadә olunurdu.
Zaqafqaziya Seymi – Zaqafqaziya komissarlığı tәrәfindәn 1918-ci
560
ilin fevralında çağırılmış nümayәndәli vә qanunverici hakimiyyәt