Page 671 - design_Topcubashov_Full_Layout 1
P. 671
İzahlar və şərhlər
Әsası 1870-ci ildә “Rokfeller, Andryus vә Flaqler” firmasının bazasında
qoyulsa da, sonralar tamamilә Amerikanın neft maqnatı kimi tanınan
Rokfeller ailәsinin nәzarәtinә keçmişdi.
511 Behbud xan Cavanşir (1877–1921) – Azәrbaycan siyasәtçisi vә
dövlәt xadimi, mühәndis, neft mәdәn sahibi vә xeyriyyәçi. 1918-ci
ildә Azәrbaycan Cümhuriyyәtinin daxili işlәr naziri olmuşdu. 1921-ci
ildә İstanbulda ermәni terrorçusu Misak Torlakyan tәrәfindәn guya
Bakıda ermәni soyqırımına mәsul şәxs kimi qәtlә yetirilmişdi.
512
“L`İmage” – XX yüzilliyin әvvәllәrindә Parisdә nәşr olunan
illüstrasiyalı fransız jurnalı.
513 Sәmәd bәy Mehmandarov (1855–1931) – artilleriya generalı,
hәrbçi vә dövlәt xadimi. Port-Artur qәhrәmanı. 1918–1920-ci illәrdә
Azәrbaycan Cümhuriyyәtinin bütün hökumәt kabinetlәrindә dәyişilmәz
hәrbi nazir. Milli ordu quruculuğunda böyük rolu olmuşdu.
514 “Revue de Monde Musulman” – 1883-cü ildәn Parisdә nәşr
olunan fransız şәrqşünaslıq jurnalı. Bu dövri nәşrin sәhifәlәrindә
Azәrbaycan tarixinә, әdәbiyyatına, dilinә vә mәdәniyyәtinә dair
çoxsaylı materiallara tәsadüf etmәk mümkündür. Nümayәndә heyәti
dә mәtbu tribuna kimi onun imkanlarından yararlanmışdı.
515 “La Revue Contemporaine” – 1916–1924-cü illәrdә Parisdә 671
çıxan fransız siyasi jurnalı.
516 “L`Humanite” – әsası 1904-cü ildә qoyulmuş fransız dilindә
gündәlik icimai-siyasi qәzet. Sosialist qәzeti kimi meydana çıxsa da,
bizim günlәrdә Fransa kommunistlәrinin mәtbu orqanı kimi nәşr
olunur.
517 “La Depeche” (tam adı: “La Depeche coloniale illustree”) –
1901–1924-cü illәrdә Parisdә nәşr olunan vә әsasәn, Fransa
müstәmlәkәlәrinin hәyatını işıqlandıran illüstrasiyalı nәşr.
518 “Journal de Geneve” – Cenevrәdә 1826–1898-ci illәrdә çap
olunan liberal istiqamәtli jurnal.
519 “Les Peoples Libres” – Lozannada fransız vә ingilis dillәrindә
nәşr olunan liberal istiqamәtli qәzet.
520 Haskel (Haskell William, 1878–1952) – ABŞ-ın Zaqafqaziyadakı
hәrbi qüvvәlәrinin baş qәrargah rәisi, polkovnik, sonralar general-
leytenant rütbәsinә yüksәlmişdi. 1919-cu ilin avqustunda Beşlәr
Şurasının qәrarı ilә Antantanın Cәnubi Qafqazda ali baş komissarı
tәyin edilmişdi. 1921–1923-cü illәrdә Rusiya, Ukrayna vә Qafqazın
aclıqdan әziyyәt çәkәn әhalisinә yardım fonduna rәhbәrlik etmişdi.