Page 667 - design_Topcubashov_Full_Layout 1
P. 667

İzahlar və şərhlər

           479  Versal müqavilәsi – 1919-cu il iyunun 28-dә Fransanın Versal
           sarayında imzalanan vә 1914–1918-ci illәr Birinci Dünya müharibәsinә
           rәsmәn son qoyan anlaşma.
           480
              Şan Tuanq vә Kia Çau – Çindәki alman müstәmlәkәlәri. Paris
           sülh konfransının qәrarına әsasәn hәmin әrazilәr müharibәdәn sonra
           Yaponiyaya verilmişdi.
           481  “Macarıstan üzәrinә hücuma keçmiş” – 1919-cu ilin avqustundan
           noyabrına qәdәr Budapeşt şәhәri vә Macarıstanın bir sıra әrazilәri
           rumın ordusu tәrәfindәn işğal olunmuşdu. Siyasi müstәqilliklәrini
           1918-ci ildә elan edәn bu dövlәtlәrin hәr ikisi dünya müharibәsinә
           qәdәr Avstriya-Macarıstan imperiyasının tәrkibinә daxil idi.
           482  D`Annunsio Qabriel (D`Annunzio Gabriele, 1863–1938)  –
           italyan yazıçısı, şair, dramaturq vә siyasi xadim. 1919-cu il sentyabrın
           12-dә rәhbәrlik etdiyi italyan millәtçi dәstәsi ilә Fium (indiki adı
           Rijeka) adlı xorvat şәhәrini tutmuş vә orada 1920-ci ilin sonuna
           qәdәr mövcud olan “Fium respublikası” qurduğunu elan etmişdi.
           483  Tittoni (Tittini  Tommaso, 1855–1931)  – italyan siyasәtçisi,
           diplomat vә dövlәt xadimi, müxtәlif dövrlәrdә İtaliyanın London vә
           Parisdә sәfiri, sülh konfransı dövründә xarici işlәr naziri (1919), baş
           nazir olmuşdu.                                              667
           484  Lansinq (Lansing Robert, 1864–1928) – amerikan hüquqşünası
           vә dövlәt xadimi, 1915–1920-ci illәrdә prezident  Vudro  Vilsonun
           administrasiyasında Dövlәt katibi (xarici işlәr naziri). Paris sülh
           konfransında ABŞ nümayәndә heyәtinin rәhbәri. Azәrbaycan heyәtinin
           sülh konfransına buraxılmasında müәyyәn rolu olmuşdu.
             Pişon Stefan (Pichon Stephen, 1857–1933) – Üçüncü Respublika
           485
           dövrü fransız siyasi vә dövlәt xadimi, diplomat. Klemanso vә Aristid
           Brianın baş nazir olduqları beş hökumәt kabinetindә xarici işlәr
           naziri vәzifәsini tutmuşdu. Siyasi-diplomatik fәaliyyәtinin әn mühüm
           dövrü Paris sülh konfransına tәsadüf etmişdi.
           486  Monzi Alberto (1878–1947) – fransız qafqazşünas alimi, yazıçı
           vә ictimai xadim. 1919-cu ildә  Azәrbaycan vә Gürcüstan
           Respublikalarının sәyi ilә tәsis edilәn Fransa-Qafqaz liqasının fәxri
           sәdri vә fәal üzvlәrindәn biri.
           487
             Fransa-Qafqaz Komitәsi – Azәrbaycan vә Gürcüstan nümayәndә
           heyәtlәrinin tәşәbbüsü ilә 1919-cu ildә Fransa-Şәrq Cәmiyyәtinin
           nәzdindә yaradılmış qurum. İki Cәnubi Qafqaz ölkәsinin Fransa ilә
           ticari-iqtisadi vә mәdәni әmәkdaşlığı daha da inkişaf etdirmәsini
           qarşısına hәdәf qoymuşdu.  Azәrbaycan nümayәndә heyәtindәn
   662   663   664   665   666   667   668   669   670   671   672