Page 685 - design_Topcubashov_Full_Layout 1
P. 685

İzahlar və şərhlər


           nәzәrdә tutulur. Osmanlı imperiyasının qüdrәtli dövründә boğazlardan
           istifadә imperiyanın sırf daxili işi sayılırdı. Lakin beynәlxalq gәmiçiliyin
           inkişafı ilә әlaqәdar XVII әsrdәn etibarәn vәziyyәt dәyişmişdi.
           Türkiyәni boğazlara nәzarәtdәn hәr vasitә ilә kәnarlaşdırmağa cәhd
           olunurdu. 1915-ci ilin gizli anlaşmasına görә boğazlara nәzarәt
           hüququnun Rusiyaya verilmәsi nәzәrdә tutulurdu. Türkiyә diplomati -
           yasının xüsusi dirәniş göstәrdiyi bu mәsәlә özünün nisbәtәn mәqbul
           hәllini 1934-cü il Montre anlaşmasında tapmışdı.
            638  Musa bәy Rәfiyev (1888–1938) – azәrbaycanlı hәkim, siyasәtçi
           vә dövlәt xadimi.  Azәrbaycan Cümhuriyyәtinin ikinci hökumәt
           kabinetindә sәhiyyә vә sosial müdafiә naziri vәzifәsini tutmuşdu.
           1920-ci ildәn sonra siyasi mühacir. Hәyatının son illәri hәkim kimi
           çalışdığı İranda keçmişdi.
           639  Tağı Rza (Rzazadә) – “Müsavat” partiyasının fәallarından biri.
           İranda vә  Türkiyәdә siyasi mühacir hәyatı yaşamışdı. Mühacirәt
           dövründә İran müsavatçılarının öndә gәlәn simalarından olmuşdu.
           640  Xosrov bәy Sultanov (1879–1943) – hәkim, ictimai-siyasi xadim,
           Cümhuriyyәtin ilk hәrbi naziri (may-iyun, 1918), әkinçilik naziri
           (iyun-iyul, 1918), Qarabağın general-qubernatoru (1918–1920).
           İstanbulda Qafqaz Konfederatları Komitәsinin qurucularından idi.
           M.Ә.Rәsulzadәnin liderliyi әleyhinә olmuşdu.                685
           641  Balağa Ağayev (1899–?) – Azәrbaycan Cümhuriyyәti Parlamentinin
           ali tәhsil almaq üçün xaricә göndәrdiyi yüz tәlәbәdәn biri. Sorbonna
           Universitetindә oxumuşdu. Sonrakı taleyi barәdә mәlumat yoxdur.
           642  Müvәqqәti mәrkәz – Azәrbaycan siyasi mühacirәtinin fәaliyyәtini
           koordinasiya etmәk üçün M.Ә.Rәsulzadәnin İstanbula gәlişindәn
           sonra 1923-cü ildә tәsis edilmiş keçici qurum.
           643
              “Prometey” – Qafqaz vә Türküstan siyasi mühacirlәrinin Parisdә
           fәaliyyәt göstәrәn “Prometey” klubunun eyniadlı nәşri. 1926–1938-ci
           illәrdә Parisdә Georgi Qvazavanın redaktorluğu ilә fransız dilindә
           çap olunan ictimai-siyasi jurnal. Nәşrin redaksiya heyәtinә Mәhәmmәd
           Әmin Rәsulzadә, Mir Yaqub Mehdiyev, Mustafa Çokayev, Aleksandr
           Şulqin, Ayaz İshaqi, Noy Jordaniya vә başqaları daxil idilәr.
           644  Mәhәmmәd Sәid Şamil (1901–1981) – Şeyx Şamilin nәvәsi.
           Daha çox Şeyx Şamillә bağlılığına görә 1920-ci ildә Dağıstanda
           bolşeviklәrә qarşı üsyanın rәhbәrlәrindәn biri olmuşdu. 1920-ci ildәn
           siyasi mühacir kimi әvvәl İstanbulda, sonra isә әsasәn, Varşavada
           yaşamışdı. Qafqaz dağlıları Xalq partiyasının qurucularından biri vә
           baş katibi idi. Onun tәşәbbüsü ilә 1978-ci ildә İstanbulda Şeyx Şamil
           irsini araşdıran fond yaradılmışdı.
   680   681   682   683   684   685   686   687   688