Page 687 - design_Topcubashov_Full_Layout 1
P. 687

İzahlar və şərhlər


           keçirilmәsi vasitәsi kimi müharibәdәn imtinanı әsaslandıran Kelloq-
           Brian paktının hәmmüәllifidir. Bu tәşәbbüsünә görә 1929-cu ildә
           Nobel Sülh mükafatına layiq görülmüşdü.
           654
             Dördlәr Komitәsi – Azәrbaycan, Gürcüstan, Ermәnistan vә Şimali
           Qafqaz Dağlı Respublikasının Paris sülh konfransındakı nümayәndә
           heyәtlәrinin başçılarından ibarәt mәşvәrәtçi mәclis.
           655  S.D.N. – Millәtlәr Liqasının tәrksilahla mәşğul olan komitәsi.
           656  Rıza Nur (1879–1942) – türk siyasәtçisi, dövlәt adamı, yazıçı-
           tarixçi vә hәkim. I vә II  Türkiyә Böyük Millәt Mәclisinin üzvü,
           TBMM hökumәtinin ilk maarif naziri olmuşdu. Moskva vә Lozanna
           anlaşmalarının hazırlanmasında iştirak etmişdi. İzmir sui-qәsdindәn
           sonra Atatürkә müxalifәt mövqeyindә dayandığı üçün 1926-cı ildә
           Türkiyәni tәrk etmiş, 1938-ci ilә qәdәr Fransa vә Misirdә mühacir
           kimi yaşamışdı. “Moskva-Sakarya” adlı xatirәlәrindә bolşevik
           Azәrbaycanının ilk illәrindәn dә bәhs olunur.
           657
              Zәki Vәlidi Toğan (1890–1970) – başqırd ictimai-siyasi xadimi,
           başqırd milli hәrәkatının (1917–1920) vә Türküstanda bolşeviklәrә
           qarşı basmaçı (1920–1922) dirәnişinin liderlәrindәn biri. 1925-ci
           ildәn Türkiyәdә yaşamış, dünya miqyasında tanınmış türkoloq-alim
           kimi şöhrәt qazanmışdı. İstanbul vә Vyana universitetlәrinin professoru  687
           idi. Azәrbaycan toponimikasına vә tarixinә dair bir sıra araşdırmaların
           müәllifidir.
           658
              Damman Raymon (Damman Raymond, 1890–1939) – fransız
           hәrbçisi vә iş adamı. 1920-ci illәrdәn başlayaraq fransız hökumәtindә
           xarici ticarәt üzrә ekspert kimi çalışmışdı. 1928–1931-ci illәrdә
           Fransa gömrük xidmәtinin eksperti idi. Parisdә fәaliyyәt göstәrәn
           Azәrbaycan Neft Sәnayeçilәri İttifaqı 1926-cı ilin noyabrında ona
           Bakının Sabunçu rayonunda 25 desyatin neftli әrazi üçün konsessiya
           vermişdi. Anlaşmanı Azәrbaycan milli hökumәtinin qanuni tәmsilçisi
           kimi Ә.Topçubaşov imzalamışdı. Әldә olunan razılığa әsasәn, Damman
           Azәrbaycan Neft Sәnayeçilәri İttifaqına bir milyon fransız frankı
           ödәmişdi. Hәmin mәblәğin 20 faizi isә komisyon kimi nümayәndә
           heyәtinә çatmışdı. Ә.Topçubaşov Dammandan alınan cüzi mәblәğ
           dedikdә bu pulu nәzәrdә tuturdu.
           659
              Rauf Xasmehmet (1919–1931) – Xәlil bәy Xasmәmmәdovun
           oğlu. Ailәnin yeganә övladı olduğu üçün Rauf Yekta adlandırılırdı.
           Qalatasaray liseyindә tәhsil alırdı. İstanbulda vәfat etmişdi.
           660  Suad xanım – Xәlil bәy Xasmәmmәdovun hәyat yoldaşı.
   682   683   684   685   686   687   688