Page 573 - design_Topcubashov_Full_Layout 1
P. 573
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
CEYHUN BӘY HACIBӘYLİYӘ
12 sentyabr 1922-ci il
Paris
Çox hörmәtli Ceyhun bәy!
Mәktubunuzun cavabını lәngitdim. Çünki son günlәrdә
bizimkilәr yeni mәnzilә (59, rue Spontini, Paris, 16)
köçmәyimizlә әlaqәdar böyük yır-yığış edirdilәr. Bu gün
1
artıq köçürük. Sizi, hәqiqәtәn dә, möhtәşәm qәlәbә münasibәti
ilә tәbrik edirәm. Qazanılan zәfәrdә mәnsub olduğumuz
irqin keçmiş ehtişamı bütün parlaqlığı ilә üzә çıxdı. Xalqın
ruhu ayaqdadır, millәtin lәyaqәt vә hәyati maraqlarının
müdafiәsi kimi müqәddәs ideya naminә heç nәyә baxmadan
özünü qurban vermәk hissi yaşayır. Türk xalqı minillik
mövcudluğu әrzindә çox belә ehtişamlı mәqamlar görüb.
İndi onun düşmәnlәr üzәrindәki tәntәnәsinә biri dә әlavә
olundu. Mövcud şәrtlәr daxilindә hazırkı qәlәbәnin әhәmiyyәti 573
son dәrәcә mühüm vә vacibdir. Bu barәdә öz gәlәcәk
nәsillәrinizә tez-tez vә mümkün qәdәr parlaq şәkildә danışın.
623
Qoy möhtәrәm Zora xanım 622 Mustafa Kamal Paşa , İsmәt
paşa , Fevzi paşa , Nurәddin paşa , Mehmet Zәki bәy ,
624
625
627
626
Fәzli bәy 628 (tәyyarәçi) kimi xalq qәhrәmanlarının timsalında
böyük qәlәbәnin şәkilli tәsvirlәri ilә övladlarının hisslәrini
ehtizaza gәtirsin, xәyalını sehrlәsin...
Biz isә sәbir vә ağılla hadisәlәrin sonrakı gedişini
gözlәyәk. Artıq Avropanın hәr tәrәfindә pusquya durmuş
ilan-çayanlar fısıldamağa başlayıblar... Onlar hamını yenidәn
1 Mustafa Kamal Paşanın komandanlığı altında 1922-ci il avqustun 30-da türk
silahlı qüvvәlәrinin yunan işğalçıları üzәrindә qәlәbәsi vә İzmirin (Smirna)
azad edilmәsi vә Qurtuluş Savaşının türk xalqının tarixi qәlәbәsi ilә başa
çatdırılması nәzәrdә tutulur. Hәmin dövrdәn etibarәn 30 avqust günü
Türkiyәdә milli bayram – Zәfәr günü kimi qeyd olunur. (Tәrc.)