Page 570 - design_Topcubashov_Full_Layout 1
P. 570
Əlimərdan bəy Topçubaşov
CEYHUN BӘY HACIBӘYLİYӘ
2 avqust 1921-ci il
Paris
Çox hörmәtli Ceyhun bәy!
“Le Temps” qәzetinin 1 avqust tarixli sayındakı qeydlә 1
bağlı Sizin tәklif etdiyiniz şәkildә tәdbir görülmәsinin nәticә
etibarilә hәr hansı faydası olmayacaq. Әlbәttә, mәn Abbas
2
bәydәn xahiş edәrәm ki, gedib danışsın . Amma redaksiya,
bir qayda olaraq, tәkzib vermir. Üstәlik, indi cәnab Tavernye
dә burada yoxdur. Mәncә, әn yaxşı çıxış yolu Konstan -
tinopoldan göndәrilәn mәlumatda mәrhumun şәxsiyyәtini
fәrqli şәkildә işıqlandırmaq, xüsusәn dә bu alçaq hәrәkәtin
doğurduğu qәzәb hissini daha dolğun ifadә etmәkdir. Yeri
gәlmişkәn, hәqiqәtәn dә, nümayiş xarakteri daşımış dәfn
1 Fransız qәzetindә çap olunan hәmin qeyddә Azәrbaycan Cümhuriyyәtinin
570
keçmiş daxili işlәr nazir Behbud xan Cavanşirin İstanbulda ermәni terrorçusu,
“milli ordunun әsgәri” Misak Torlakyan tәrәfindәn öldürülmәsindәn bәhs
edilir vә mәrhum Bakıda “ermәni soyqırımı”nın tәşkilatçılarından biri kimi
qәlәmә verilirdi. (Tәrc.)
2 Abbas bәy Atamalıbәyov aparılan “danışıqlar”ın nәticәsi haqqında
C.Hacıbәyliyә ünvanladığı 4 avqust 1921-ci il tarixli kiçik mәktubda yazırdı:
“Bu gün Cavanşir haqqında “Le Temps” qәzetindә yayılmış qeydlә bağlı
cәnab Tavernye ilә söhbәt etdim. Boynuna aldı ki, hәr şey onun günahı
ucbatından olub. Mәzuniyyәtdәn qayıdandan sonra hәmin qeydi yazı
masasının üzәrindә görüb vә mәsәlәnin mahiyyәtinә varmadan dәrhal çapa
göndәrib. İndi özü dә etiraf edir ki, gәrәk yazı çapa imzalanmadan әvvәl
bizimlә mәslәhәtlәşәydi, yalnız bundan sonra qәrar verәydi. Söz verdi ki, bu
gündәn etibarәn bizә aidiyyәti olan, eyni zamanda birbaşa bizdәn alınmayan
bütün materialları әvvәlcә bizә göstәrәcәk vә yalnız rәyimiz olandan sonra
çapa göndәrәcәk. Tәkzib göndәrmәk mәqsәdәuyğun deyil. Yaxşı olardı ki,
Cavanşirin Konstantinopoldakı dәfni haqqında ayrıca xәbәr hazırlansın.
Hәmin xәbәrdә onu tamamilә başqa şәkildә sәciyyәlәndirmәk olar. Bu isә öz
növbәsindә yol verilmiş yanlışlığın islahı kimi qәbul edilә bilәr. Ona görә dә
Әlimәrdan bәy xahiş edir ki, Konstantinopoldan belә bir mәlumat alınması
işini sürәtlәndirәsiniz”. (Bax: A.М.Топчибаши. Документы из личных
архивов. 1903–1934 гг., М., 2013, с. 185–186.) – Tәrc.