Page 565 - design_Topcubashov_Full_Layout 1
P. 565

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           mümkün vә zәruridir. Bu, Qafqazın azad olunması, Qafqaz
           xalqlarının yenidәn milli müstәqilliklәrinә qovuşması kimi
           mәsәlәdә xüsusi ilә vacib vә әhәmiyyәtlidir. Hәlәlik әn
           mühüm növbәti ümumi vәzifәmiz olan bu mәsәlәnin hәllindә
           bir-birindәn ayrı fәaliyyәt göstәrmәk, bununla da qüvvәlәrin
           parçalanmasına imkan yaratmaq nәinki arzuolunmaz, hәtta
           ziyanlı dәstxәt sayılır. Müәyyәn bir tәşkilat, yaxud qrupun
           öz yaxasını bu vәzifәlәrin icrasından kәnara çәkmәsi dә
           eyni meyarla dәyәrlәndirilir. Tәbii ki, hәmin sözlәri ümumi
           işimizi ilk növbәdә xarici tәmsilçilәrin yanında gözdәn salan
           hәrәkәt vә addımlar haqda da demәk lazımdır. Bu mülahizәlәr
           zәminindә üç xalqın bәrabәr әsaslara malik ümumi tәşkilatının
           yaradılması ortaq qayğımız olmalıdır. Üçlәr müşavirәsi
           bundan sonra da belә bir orqanın әrsәyә gәtirilmәsi mәsәlәsindә
           tәkid edәcәkdir. Çünki mәhz hәmin orqan Qafqaza әn yaxın
           vә әn mühüm mәrkәzdә faktiki şәkildә ümumi mәsәlәlәrimizlә
           mәşğul ola bilәr.
               Üçlәr müşavirәsinin bәhs etdiyim mәsәlә ilә bağlı       565
           mülahizәlәrinin qısa xülasәsi tәxminәn belәdir. Üçlәr
           müşavirәsi hәlәlik Konfederatlar Komitәsindәn alınacaq
           cavabı, bu komitәnin son tәşәbbüslәri ilә bağlı daha әtraflı
           mәlumatın daxil olmasını, cәnab Xolovka, hәtta ola bilsin
           ki, Konstantinopoldakı polyak nümayәndәsi ilә görüşün
           nәticәsini gözlәdiyindәn son qәtnamәsini ortaya qoymağa
           tәrәddüd göstәrmişdir.
               Sözlәrimә onu da әlavә edim ki, nümayәndә heyәti
           indiki şәraitdә bizim ayrı-ayrı qruplar arasındakı açıq mübarizә
           bir yana qalsın, hәtta fikir ixtilaflarının, mövqe toqquşmalarının
           ortaya çıxarılmasının ümumazәrbaycan işinә fayda
           gәtirmәyәcәyini ayrıca vurğuladı. Xüsusi ilә  Varşavaya
           verilәn mәlumat mәsәlәsindә ümumi işimizә daha faydalı
           olan xәbәrlәrin alınmasının әhәmiyyәti göstәrildi. Eyni
           zamanda nümayәndә heyәti hesab edir ki, Qafqaz mәsәlәsinә
           diqqәtin zәiflәmәsindәn hәr vasitә ilә uzaq dayanmaq lazımdır.
   560   561   562   563   564   565   566   567   568   569   570