Page 563 - design_Topcubashov_Full_Layout 1
P. 563

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


                 haqqı” adı altında valideynlәrdәn pul yığmaqla mәşğuldur.
                 Tәhsilin guya pulsuz olduğunun elan edilmәsinә baxmayaraq,
                 valideynlәrdәn toplanan mәblәğdәn müәllimlәrә maaş verilir.
                 Mәktәblәrin hamısında yerlipәrәstlik, qohumbazlıq vә
                 rüşvәtxorluq baş alıb gedir. Maliyyә vәsaiti çatışmadığından,
                 daha doğrusu, satmağa vә istehsal etmәyә bir şey olmadığından
                 bәzi ticarәt vә sәnaye müәssisәlәri işini dayandırır. Özәl ticarәt
                 tamamilә aradan qaldırılıb, әhali heç bir güzәşt bilmәdәn,
                 son dәrәcә amansızlıqla tәlәb olunan vergilәrin ağır yükü
                 altında inlәyir. İndi sovet hakimiyyәtinin bütün diqqәti komsomola
                 yönәlib. “Köhnә” işçilәri birdәfәlik sıradan çıxarmaq üçün
                 ümid yalnız yeni yetişәn gәncliyәdir. Dilәnçilik, әxlaqsızlıq vә
                 pozğunluq tәsvirә gәlmәyәcәk sәviyyәdәdir. Bu yaxınlarda bir
                 pioner tәşkilatının rәhbәri hәbs olunub. Sәn demә, tәşkilatdakı
                 bütün yeniyetmә qızların namusunu lәkәlәyibmiş. Üstәlik dә
                 bu dәyyus Leninin portreti qarşısında qızların hamısına and
                 içdiribmiş ki, sirrin üstünü heç zaman açmayacaqlar... Vәzifә
                 sahiblәri yalnız öz başlarının hayındadırlar. Bakının mәrkәzi
                 vә әtraf kәndlәri ruslarla doldurulub. Onlar isә hәyatın daha
                 da bahalaşmasına, әxlaqsızlığın vә müxtәlif yoluxucu xәstәliklәrin  563
                 yayılmasına, bütöv cәmiyyәtin xәstә ruhda köklәnmәsinә sәbәb
                 olurlar”.

                      А.М.Топчибаши и М.Э.Расулзаде. Переписка.
                                                     1923–1926 гг.
                                            Москва, 2012, с. 67–68.
   558   559   560   561   562   563   564   565   566   567   568