Page 562 - design_Topcubashov_Full_Layout 1
P. 562

Əlimərdan bəy Topçubaşov


                           MӘHӘMMӘD ӘMİN RӘSULZADӘYӘ

                                                    5–8 dekabr 1924-cü il
                                                                St. Cloud

                     Çox hörmәtli Mәhәmmәd Әmin!
                     “Yeni Kafkasya” üçün son günlәrin ağrılı mәsәlәlәrinә
                  hәsr olunmuş mәqalә göndәrirәm. Doğrudur, bir qәdәr uzun
                  alınıb, çünki Misirdә baş verәn hadisәlәr haqqında danışmaq
                  zәruri idi. Әslinә baxanda, bu mövzu ilә bağlı daha çox
                  yazmaq olardı vә әlimin altında da kifayәt qәdәr material
                  var. Lakin hәlәlik siyasi sәciyyәli vә digәr xarakterli
                  mülahizәlәrә görә bir az mәsafә saxlamaq lazım gәlir. Yeri
                  gәlmişkәn bir ingilis qәzetinin Parisin “Gaulois” 612  adlı
                  qәzetinә istinadәn yazdığı kimi, Әhmәd Ağaoğlunun Anqorada,
                  Böyük Millәt Mәclisindә Misir mәsәlәsindә İngiltәrә
                  hökumәtinin әleyhinә çıxış etmәsi xәbәri doğrudurmu? Әgәr
         562      bu haqda türk qәzetlәrindә mәlumat varsa, hәmin qәzetin
                  bir nüsxәsini, yaxud xәbәri qәzetdәn kәsәrәk mәnә
                  göndәrmәyinizi xahiş edirәm. Hәm dә mümkünsә, yazın, bu
                  çıxış necә tәәssürat doğurub? Bolşevik hәrәkatı burada
                  hamını lәrzәyә gәtirib. Hәtta Sovetlәri tanımağın tәrәfdarı
                  olan fransız ünsürlәri vә fransız qәzetlәri dә indi böyük bir
                  qәzәblә bolşeviklәrin üzәrinә hücuma keçirlәr. Aşağı palatada
                  vә senatda ciddi müzakirәlәrin aparılacağı gözlәnilir. O
                  zaman sizә yazaram.
                     Hәlәlik. Әn yaxşı arzularımı çatdırıram.


                                                            Әlimәrdan T.

                           P.S. Bu gün Bakıdan noyabrın әvvәllәrinә dair mәlumat
                        almışam. Hәyat daha da ağırlaşıb, tәhsil müәssisәlәri ixtisara
                        salınır, mәktәblәr bağlanır. Hәlәlik fәaliyyәt göstәrәn mәktәblәrdә
                        isә “yardım komitәlәri” tәşkil olunub. Bu komitәlәr “üzvlük
   557   558   559   560   561   562   563   564   565   566   567