Page 557 - design_Topcubashov_Full_Layout 1
P. 557

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           düşünürlәr ki, Türkiyә ilә әlahiddә, xüsusi әlaqәlәrimiz var,
           bizi çox sıx bağlar birlәşdirir, daim yazışırıq, ancaq sadәcә
           büruzә vermirik, onlardan gizlәdirik, görüşdüyümüz vaxtlar
           isә yalnız hәlә gözlәmәk lazım olduğunu deyirik. Belә çıxır
           ki, bu cәhәtdәn ümumi işimizdә mühüm qarşılıqlı razılıq vә
           hәmrәyliyә mane olan dissonans yaranır. Ayrı-ayrı çıxışların
           mәnbәyini dә burada axtarmaq lazımdır. Әlbәttә, biz türklәrin
           indiki idarәçilәrinin işindәn hәr zaman mәmnun deyilik,
           lakin mümkün xoş münasibәtlәrin qorunub saxlanması üçün
           әlimizdәn gәlәni etmәyә çalışırıq.
               Tәәssüf ki, bizә olan bu passiv münasibәtlә bağlı
           Konstantinopoldan da heç bir cavab ala bilmirik. Siz az
           yazırsınız. Qalan siyasi xadimlәrimizin heç birindәn isә
           yerli-dibli sәs-sәmir çıxmır. Bir ara yazmışdınız ki, Әhmәd
           bәylә mәktublaşırsınız vә sonradan o Konstantinopola köçdü.
           Hәmin yazışmadan nә hasil oldu? Digәr mәnbәnin
           mәlumatından bilirәm ki, Әhmәd bәy bizimlә razı deyil vә
           işlәrin indiki gedişini bәyәnmir. Bu, doğrudan da, belәdirmi?  557
                                   1
               Bu günlәrdә Rauf bәy yanımda oldu. O hesab edir ki,
           istisnasız olaraq bütün Qafqaz xalqları bir-birlәri ilә sıx әlaqә
           qurmalı, birlikdә işlәmәlidirlәr. O, bütün nümayәndә heyәtlәrinin
           üzvlәri ilә görüşdü. Öz aramızda qalsın, amma 10 iyun 1921-ci
           il tarixli ümumi bәyannamә ilә bağlı bizi xeyli sakitlәşdirdi
           vә bildirdi ki, hәmin bәyannamә sadәcә siyasi addımdır.
           Hәmin sәnәdi elә bu cür dә başa düşüblәr, әhәmiyyәt
           vermәyiblәr vә heç kimi günahkar saymayıblar. Tәәssüf ki,
           hәr şey haqqında geniş yaza bilmirәm. Son dәrәcә ehtiyatlı
           olmaq haqqında Rauf bәy özü dә xahiş etdi...
               Sovetlәrin tanınması ilә әlaqәdar ingilis hökumәtinә
           tәqdim olunan hәr iki notanın nüsxәlәrini fәrdi qaydada


           1  Türkiyә Cümhuriyyәtinin üçüncü baş naziri Hüseyn Rauf Orbay nәzәrdә
           tutulur. Tәrәqqipәrvәrlәr Partiyasının qurucuları sırasında yer aldığından
           hәmin dövrdә onun Mustafa Kamal Atatürklә münasibәtlәri pozulmuşdu vә
           bir neçә il siyasi mühacir kimi Avropa ölkәlәrindә yaşamağa mәcbur olmuşdu.
           (Tәrc.)
   552   553   554   555   556   557   558   559   560   561   562