Page 554 - design_Topcubashov_Full_Layout 1
P. 554

Əlimərdan bəy Topçubaşov


                  әlaqәlәrdir. Bunlar isә yuxarıda dediyim kimi, get-gedә daha
                  solğun şәkil almaqdadır. Belә şәraitdә, bәdbәxtçilikdәn,
                  kassamızın boşluğu (hәm dә tәkcә azәrbaycanlıların yox!)
                  bizi Parisdәn kәnara hәr hansı bir yerә çıxmaq imkanından
                  mәhrum edir. Hәtta Parisin özündә dә mövcud әlaqәlәrimizi
                  davamlı qoruyub saxlaya bilmirik. Böyük pәrişanlıq vә
                  tәәәssüf hissi ilә Çxenkeli ilә birlikdә Londona sәfәrdәn
                  imtina etmәk lazım gәldi. Bu qәrar hәlә Sovetlәrin
                  tanınmasından әvvәl, dekabr-yanvar aylarında keçirdiyimiz
                  birgә müşavirәdә verilmişdi. (Belә vacib mәsәlә ilә bağlı
                  yalnız bir nәfәrlә mәktublaşmaqla fәaliyyәtimi mәhdudlaş -
                  dırmalı oldum). Doğrudur, Çxenkeli dә Makdonaldın    607
                  hökumәt kabinetindәn heç kimlә görüşmәyә müvәffәq olmadı.
                  Hökumәt başçısının özü ilә deyil, kabinet üzvlәrindәn biri
                  ilә yalnız Sereteli ünsiyyәt saxlaya bilmişdi. Bizә bir neçә
                  tәsәlliverici xәbәri dә mәhz o gәtirdi. Xәbәrlәrdәn biri ingilis
                  hökumәtinin Sovetlәri tanıması ilә bağlı mәlum akta
         554
                  Zaqafqaziyanın daxil edilmәmәsi idi. Sereteli ingilis nazirlә
                  yalnız İkinci Beynәlmilәlin 608  icraiyyә komitәsinin üzvü
                  qismindә görüşә bilmişdi. Bizimlә söhbәtindә etiraf etdi ki,
                  Zaqafqaziya mәsәlәsinin Londondakı konfrans zamanı
                  yenidәn gündәmә gәlmәsi mümkündür. Lakin Seretelidә
                  belә bir tәәssürat yaranmışdı ki, hәr şey Sovetlәrlә danışıqların
                  gedişindәn asılı olacaq, әgәr konfransda tәrәflәr aralarında
                  hәlә dә mübahisәli qalan әsas mәsәlәlәrdә razılığa gәlә
                  bilsәlәr, “әlbәttә (daha sonra Sereteli sözlәrinә әlavә etdi), o
                  zaman İngiltәrә bizdәn ötrü Sovetlәrlә әlaqәlәrini
                  korlamayacaq”. Öz-özlüyündә aydındır ki, Sizә göndәrdiyim
                  “Sovetlәrin tanınmasının әhәmiyyәti” adlı yazıda bu tәfәrrüatlar
                  özünә yer tapa bilmәzdi. Hәm dә bir çox mәqamlarla bağlı
                  hәlә dә bitәrәf qalmağa üstünlük verirәm. Yeri gәlmişkәn,
                  bildirmәliyәm ki, xatırlatdığım mәsәlә ilә bağlı mәn
                  azәrbaycanlılarla gürcülәrin mәhrәmanә toplantısında mәruzә
   549   550   551   552   553   554   555   556   557   558   559