Page 552 - design_Topcubashov_Full_Layout 1
P. 552

Əlimərdan bəy Topçubaşov


                  kimi, Qafqaz xalqlarının cәlladları dәhşәtli planlarına heç
                  bir sәrhәd qoymadıqlarından, qarşılarında heç bir maneә
                  görmәdiklәrindәn repressiyalar silsilәsini get-gedә daha
                  әmin-arxayın tәrzdә vә inamla hәyata keçirirlәr. Әmindirlәr
                  ki, törәtdiklәri bütün cinayәtlәr cәzasız ötüşәcәk, xalqlarımızın
                  yardım uma bilәcәyi heç bir ünvan, heç bir yer yoxdur.
                  Heyhat, bir çox mәnada, doğrudan da, belәdir! Vә bolşeviklәr
                  hәr şeyә qadir mütәşәkkilliklәrinә, hәrtәrәfli mәlumatlılıqlarına
                  baxmayaraq, özlәrini dünәnki müttәfiqlәrdәn necә dәrin
                  ziddiyyәtlәrin ayırdığını yaxşı nәzәrә alırlar. İngiltәrә, Fransa
                  vә İtaliya hәtta birlikdә hazırlayıb imzaladıqları  Versal
                  müqavilәsindә irәli sürülәn siyasi mәsәlәlәrә münasibәtdә
                  necә radikal şәkildә bir-birindәn ayrılırlar! Bu ölkәlәrin
                  iqtisadi maraqları arasında necә dәrin vә keçilmәz uçurumlar
                  mövcuddur! Müharibәdәn sonra bütün  Avropa ölkәlәrini,
                  hәtta Amerikanı necә dәrin iqtisadi böhran bürüyüb! Bütün
                  bunlar bolşeviklәrin işinә yarayır, istәr daxildә, istәrsә dә
         552      xaricdә çoxsaylı problemlәrin mövcudluğuna baxmayaraq,
                  onlar indiki çәtin vәziyyәtdәn öz xeyirlәrinә yararlanmağı
                  bacarırlar. Vә tәbii ki, Avropa dövlәtlәrinin evlәrinin içindә
                  bu cür çәtin şәraitdә yaşadıqları halda, başqalarına, әlәlxüsus
                  da bizә heç bir diqqәt yetirmәyәcәklәrini yaxşı anlayırlar.
                  Biz hamımız – azәrbaycanlılar, gürcülәr vә b. әndişә içәrisindә
                  vәziyyәtin mәhz belә şәkil aldığını görürük. Bu, xüsusi ilә
                  Lozanna konfransından 606  sonra daha aydın nәzәrә çarpır.
                  Çünki әgәr sülh konfransı zamanı bizә müәyyәn rәğbәt
                  göstәrirdilәrsә, xeyirxah yanaşırdılarsa, sonra mövcudluğumuza
                  sadәcә tәhәmmül edirdilәr. Lozanna konfransının ardınca isә
                  dәfәlәrlә şahidi olduğumuz kimi, bizi әksәr hallarda ya
                  çoxmәnalı sükutla başdan edir, ya da hәlәlik dözüb dayanmağın,
                  hadisәlәrin daha mәqsәdәuyğun şәkil almasını, vәziyyәtin
                  yaxşıya doğru dәyişmәsini gözlәmәyin zәruriliyi haqqındakı
                  mәslәhәtlәrlә yola verirdilәr. Hәm dә әsla gizlәtmirlәr ki,
                  indiyә qәdәr elәdiklәrindәn daha artığına ümid bәslәmәyә
   547   548   549   550   551   552   553   554   555   556   557