Page 547 - design_Topcubashov_Full_Layout 1
P. 547
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
ӘLİ BӘY HÜSEYNZADӘYӘ
1 sentyabr 1926-cı il
St. Cloud
Әzizim Әli bәy!
1
Sәnin mәhkәmәdә sorğu-suala tutulmağın haqda “Vakıt”
qәzetindәn kәsilib mәnә göndәrilәn mәlumatı oxuyanda,
tәbii ki, xoşagәlmәz şәkildә heyrәtlәndim. Vә yalnız bu
zaman mәhkәmә mәsuliyyәtinә cәlb edildiyini öyrәndim.
Ahәnginә, qeyri-hәssas xarakterinә görә qәrәzli olan istintaq
xoşuma gәlmәdi. Narahat olmağa, prosesi daha ardıcıl
izlәmәyә başladım. Hәtta bir hüquqşünas kimi dә orada
mәnә qaranlıq qalan, aydın olmayan çoxlu mәqamlar vardı.
Amma bununla belә, yenә ürәyimә qarşısıalınmaz bir arzu
hakim kәsilmişdi: mәhkәmәdә müdafiәçin kimi çıxış etmәk,
sәnin qarşında yoldaşlıq vә dostluq borcumu yerinә yetirmәk 547
haqda düşünürdüm. Lakin necә? Әhmәd bәyә yazmaq
istәyirdim, bәzi mülahizәlәrә görә fikrimdәn daşındım. Bir
nәfәr tanışa mәktub göndәrdim, tәәssüf ki, ondan da indiyә
qәdәr cavab yoxdur. Nәhayәt, bir neçә gün bundan әvvәl
bәraәt almağın barәdә Sara xanımdan 600 mәktub gәldi, bu
gün isә bu barәdә “La Republique” 601 qәzetindә oxudum.
Әzizim, sәni vә ailәni xoşbәxt hadisә, başın üzәrindә
dolaşan tәhlükәdәn sağ-salamat xilas olmağın münasibәti
1 Söhbәt İttihad vә Tәrәqqi partiyasının vә ittihadçılar hökumәtinin bir sıra
tanınmış nümayәndәlәri üzәrindә qurulan sәs-küylü mәhkәmә prosesindәn
gedir. İzmir yaxınlığında 14 iyun 1926-cı ildә Atatürkün hәyatına sui-qәsd
cәhdi ilә әlaqәdar İstiqlal Mәhkәmәsi önünә çıxarılanlar arasında Әli bәy
Hüseynzadә dә var idi. Sui-qәsdin әsas tәşkilatçıları keçmiş İttihad vә Tәrәqqi
partiyasının fәalları olduğundan bu partiyanın Mәrkәzi Komitәsinin üzvü Әli
bәy dә şübhәlilәr cәrgәsindәn kәnarda qalmamışdı. Lakin Ankaradakı
mәhkәmә prosesindә irәli sürülәn ittihamların heç biri sübuta
yetirilmәdiyindәn Әli bәy Hüseynzadә tam bәraәt qazanmışdı. (Tәrc.)