Page 545 - design_Topcubashov_Full_Layout 1
P. 545
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
Çünki indi mәni tanıyan adamlar, әlәlxüsus da, tәbii ki,
dostlar tәrәfindәn şәxsimә başqa münasibәt bәslәnә bilmәz
vә zәnnimcә, bәslәnmәmәlidir. Çünki bu vaxta qәdәr heç
bir fövqәladә şәrait, yaxud qeyri-adi şәrtlәr doğma xalqıma
mütәvazi vә gücüm çatan xidmәti göstәrmәk niyyәtimin
qarşısını kәsә bilmәyib. Әxlaq vә ruh baxımından mәni
tanıyan adamların, dostlarımın mәnәvi yardımına tam ümid
bәslәmәyә özümü haqlı sayıram. Düşünürәm, bir halda ki,
әgәr Әhmәd bәy, әlәlxüsus da sәn oradasansa, daha onlara
yazmağıma heç bir ehtiyac yoxdur. Sәdri Maqsudovun
nümunәsi gözünüzün önündәdir vә Yusif bәy Akçuranın ona
1
kömәk etmәk üçün göstәrdiyi tәşәbbüslәrdәn dә xәbәrdarsınız .
Sәdri Maqsudova görә çox sevinirәm. O, siyasәtdә mәnim
yetirmәmdir. Yusif bәy Akçura da çox sağ olsun.
Mәn haqqında hәlә 1923-cü ildә Әhmәd bәyә, 1924-cü
ildә isә sәnә yazdığım müddәalar vә “desiderata”-da (ital.:
“istәk”, “niyyәt” – Tәrc.) qalıram. Xahiş edirәm, iki әvvәlki
545
mәktubumu yenidәn oxuyasan vә münasibәtini bildirәsәn.
Çünki bu mәktublarla bağlı sәndәn hәlә dә mahiyyәti üzrә
cavab almamışam.
Özün yazmasan da, mәlumatım var ki, indi daha yaxşısan
vә әhval-ruhiyyәn dә normaldır. Sәhhәtinin tam qaydaya
düşmәsini arzulayıram. Çox güman, kәnddә (Anqora
yaxınlığında) olmağının faydası dәyib. Әgәr mәhz oradan
1 Әlimәrdan bәy 1920-ci illәrin ortalarında ailәsi ilә birlikdә uzaq vә yad
Fransadan özünә doğma saydığı Türkiyәyә köçmәk, tәcrübәsini, bilik vә
bacarığını Cümhuriyyәt quran türk xalqının xidmәtinә vermәk istәyirdi. Bu
mәnada Sәdri Maqsudovun (Sәdri Maqsudi Arsal) Türkiyәyә dәvәt olunması
barәdә Mustafa Kamal Atatürk qarşısında mәsәlә qaldırmış Yusif Akçuranın
xeyirxahlığını dostlarına nümunә göstәrir, çox güman, ürәyinin dәrinliyindә
onlardan da belә bir addım gözlәyirdi. Bütünlükdә adı, şәxsiyyәti vә fәaliyyәti
haqqında Türkiyәdә yayılmış xoşagәlmәz şayiәlәrә ilk vә qәtiyyәtli cavabı
uzun illәr tanıdığı birgә mübarizә vә әmәl dostlarından – Әhmәd Ağaoğludan
vә Әli bәy Hüseynzadәdәn umurdu. (Tәrc.)