Page 548 - design_Topcubashov_Full_Layout 1
P. 548
Əlimərdan bəy Topçubaşov
ilә tәbrik edirәm. Uca Yaradanın şәfqәtli qәlbi kiçik uşaqlarının,
xanımının vә dostlarının ürәkdәn gәlәn dualarını eşitdi, sәni
yenidәn ailәnin, xalqının rifahı naminә çalışmaq üçün
gündәlik dinc әmәyә qaytardı.
Sәni bәrk-bәrk qucaqlayır vә hәr iki gözündәn öpürәm.
Ailәnә sәmimi salamlarımı çatdır.
Yeri gәlmişkәn, mәhkәmә prosesi haqda. Prosesin gedişini
Yunis Nadi bәyin 602 qәzetindәn izlәyirdim. Lakin düzünü
deyim ki, hazırladığı mәhkәmә hesabatları mәni qәtiyyәn
tәmin etmirdi. Әgәr prosesi daha әhatәli vә daha hәqiqәtә
uyğun işıqlandıran qәzet varsa, mәnә onun saylarını göndәrmәk
әziyyәtindәn yaxanı kәnara çәkmә. Әgәr Allah görüş qismәt
elәsә, o zaman, tәbii ki, özün hәr şeyi yerli-yataqlı danışarsan,
mәn dә bu sәciyyәvi proses haqqında mülahizәlәrimi sәnә
söylәyәrәm. İndi isә bu barәdә hәr hansı fikir bildirmәkdәn
özümü saxlayıram.
Bir daha tәbrik edir, cansağlığı vә işlәrinin daim xeyirә
548 calanmasını arzulayıram.
Sәni sevәn Әlimәrdan Topçu
“Настал момент... предать оглашению”:
aзербайджанская эмиграция в письмах,
записках, телеграммах 1920–1937 гг.
Москва, 2015, с. 67–68.