Page 544 - design_Topcubashov_Full_Layout 1
P. 544

Əlimərdan bəy Topçubaşov


                  edir? Xatırlatdığım mәktub, demәk olar ki, 15 mart 1924-cü
                  ildә göndәrdiyim ilk mәktubun tәkrarı idi. Orada isә xәbәrdarlıq
                  edib sözün hәrfi mәnasında aşağıdakı sözlәri yazmışdım:
                  “Mәktubun mәzmunu haqqında hәlәlik heç kәsә heç bir söz
                  demәk lazım deyil”. (Bax: xatırlatdığım kağızın sonu.)
                     Amma elә fikirlәşmә ki, buna görә sәni mәzәmmәt
                  etmәk istәyirәm. Әvvәla, yәqin, özün dә razılaşarsan ki,
                  balaca bir sәhlәnkarlığa yol verilib. İkincisi, yenә özün
                  yazırsan ki, Әhmәd bәy müәyyәn qәdәr inciyib; әslindә isә
                  mәnim xeyrimi istәyәn adamdır. Üçüncüsü (vә işin mahiyyәti
                  dә buradadır!), 15 may tarixli mәktubda mәn mәsәlәyә bu
                  cür münasibәtimin sәbәbini göstәrәrәk yazmışdım ki: “Әhmәd
                  bәy sәnin haqqında danışdığın dedi-qodulara hamıdan tez,
                  hәm dә belә asanlıqla inandı!” Onun şәxsimә münasibәtdә
                  mәhz dediyim tәrzdә hәrәkәt etdiyini sәndәn aldığım sonuncu
                  – 28 noyabr 1924-cü il tarixli mәktub vә indiyә qәdәr
                  müraciәtimә cavab vermәmәsi dә sübuta yetirir.  Aydın
                  mәsәlәdir ki, iki şeydәn biridir: ya o, son zamanlar haqqımda
         544
                  qәribә bәdxahlıqla yayılan şayiәlәrә әsaslanıb mәni, hәqiqәtәn
                  dә, hәr hansı fәaliyyәtә qabil olmayan adam sayır, ya da
                  deyilәnlәrin hamısına inanıb... Prinsipiallıq göstәrsәydi vә
                  doğrudan da, xeyirxahım olsaydı, mәndәn bu haqda
                  soruşmamışdan әvvәl özü hәr şeyi yoxlayardı. Әgәr hәmin
                  prinsip pozulubsa, demәli, o, heç әvvәldәn yerli-dibli mövcud
                  deyilmiş vә qarşımızda dayanan adamın tam bir prinsipsiz
                  tәcәssümü olması ortaya çıxır. Hәm dә әslinә baxanda, hamı
                  “prinsipial” olmağa borclu deyil. Uzun illәr birgә fәaliyyәtimiz
                  zamanı bizim bu Әhmәd bәy dәfәlәrlә prinsip anlayışı ilә
                  bir araya sığmayan opportunizm nümayiş etdirib.
                     Bu mәsәlә barәdә daha danışmaq istәmirәm vә mövzunu
                  qapanmış sayıram. Yalnız Әhmәd bәyin özünün mәsәlәyә
                  aydınlıq gәtirilmәsi ilә bağlı mәndәn әlavә izahat istәmәsi
                  tәlәbi istisna tәşkil edә bilәr...
                     Hәm sәni, hәm dә onu bir daha inandırmaq istәyirәm ki,
                  Әhmәd bәyin xeyirxahım olmasına әsla şübhә etmirәm.
   539   540   541   542   543   544   545   546   547   548   549