Page 539 - design_Topcubashov_Full_Layout 1
P. 539

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq



                          ӘLİ BӘY HÜSEYNZADӘYӘ


                                                 15 mart 1924-cü il
                                                 35 rue de Calvaire
                                           St. Cloud (Seine-et-Oise)

               Әzizim Әli bәy!
               Xeyli vaxt yazışmamışıq, amma sәnin dә belә fikirdә
           olduğuna qәtiyyәn şübhәm yoxdur ki, taleyin heç bir oyunu
           bizi sәmimi şәkildә bir-birimizә bağlayan saf dostluq hisslәrini
           zәiflәtmәk qüdrәtindә deyil. Aradan keçәn müddәt әrzindә
           sәni sadәcә tez-tez yanımda hiss etmәmişәm; hәm dә sәninlә
           söhbәt elәmişәm, fikir mübadilәsi aparmışam, suallar verib
           onlara cavab almışam. Hәtta gündәlik yazışmalar belә
           münasibәtlәrimizә nә bir şey artıra, nә dә әskildә bilәrdi. Әn
           yaxşı halda bir-birimiz haqqında qarşılıqlı şәkildә daha çox
           mәlumat almağa yardımçı olardı. Bәdbәxtlikdәn, heç birimiz  539
           çevrәmizdә cәrәyan edәn hәyat hadisәlәri haqda heç nә
           yazmamışıq. Sәnin Parisә, mәnә göndәrdiyin yeganә mәktubda
           misal gәtirdiyin fars şairinin şeirini xatırlayıram. Hәmin
           şeiri ki, şair hәtta öz qәlәminә inanmağın da imkan xaricindә
           olduğu zәmanә haqda söz açır. Bәli, artıq sanki әbәdiyyәtә
           qovuşmuş kimi görünәn qara illәr mәhz belә zaman idi. Bәs
           indi? Yaxşı ki, indi sultan vә xәlifәnin olmadığı, respublika
           quruluşunun elan edildiyi, deyәrdim ki, bütün mövcud vә
           cari irsin latın әlifbasına keçirildiyi bir ölkәdә yaşayırsan...
           Bu baxımdan aramızdakı fәrqlәr nә qәdәrdir? Doğrudur,
           mәn dә respublikada yaşayıram. Amma әvvәla, o, yad bir
           respublikadır, ikincisi, burada kilsәnin dövlәtdәn ayrılması
           elan edilsә dә, katolisizmin hәr yerә yol tapan ruhunu hiss
           etmәmәk qeyri-mümkündür. Mәnim (vә eyni zamanda sәnin!)
           doğma respublikamıza gәldikdә isә... Heyhat! O, ikimizә dә
           yaxşı tanış olan vә indi insanlarımızın hәyatına hakim kәsilәn
           çirkli rus çәkmәlәrinin tapdağı altındadır.
   534   535   536   537   538   539   540   541   542   543   544