Page 537 - design_Topcubashov_Full_Layout 1
P. 537

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           gәlәcәyә bәslәnәn ümidlәrlә yemlәyәk! Eyni sözlәri zavallı
           dostumuz Әhmәdә dә (hәmin dövrdә Malta sürgünündә
           olan Әhmәd Ağaoğlu nәzәrdә tutulur – Tәrc.) demәk istәrdim.
           Amma heyhat... O, çox uzaqlardadır. Hәm dә vә әn әsası,
           bizimlә müqayisәdә çox sәbirsizdir. Odur ki, işindәn müsbәt
           bir şey alınmayana qәdәr ona yazmaq istәmirәm. Hәlәlik isә
           heç nә çıxmır. Mәnә mәktub yazıb guya yardım edә bilәcәk
           bir nәfәri nişan vermişdi.  Yalnız hәmin adama deyil,
           başqalarına da müraciәt etdim. Yenә dә bir nәticә alınmadı.
           Әlbәttә, ona bu haqda yazmaq lazım deyil, yoxsa tamam
           qәm-qüssәyә batıb ruhdan düşәcәk. Amma gәrәk bilәsәn ki,
           indi kimsә kömәk etmәk iqtidarında deyil. Hәm dә heç kәs
           fәrdi kömәyә ümid bәslәmәmәlidir. İş ümumidir, çoxlarına
           aidiyyatı var. Demәli, talelәri ilә bağlı qәrar da ümumi
           olacaq. Yәni kiminsә jurnalist, göz hәkimi, general, hәtta
           nazir olması mәsәlәyә әsla tәsir göstәrmәyәcәk. Ona görә
           dә, әzizim, xahiş edirәm, birbaşa özün dostumuza yazasan
           ki (әgәr mәktublaşmırsansa, o zaman xanımı vasitәsilә xәbәr  537
           göndәrә bilәrsәn), qәtiyyәn narahat olmasın. Yazarsan ki,
           bütün lazımi işlәr görülür. Ümid var ki, mәsәlә tezliklә
           uğurlu hәllini tapsın. İşin uğurla nәticәlәnәcәyinә tam әmin
           olanda özüm dә ona yazacağam. Qoy qәtiyyәn hәyәcanlan -
           masın. Әgәr әlinin altında materiallar varsa, son 5–6 ildә
           şahidi olduğu hadisәlәr barәdә silsilә qeydlәrini qәlәmә
           alsın. Sonra hamımız tәәssürat vә mәlumatlarımızı bölüşәrik.
           Ümidvaram ki, Sitarә xanımı 594  görürsәn. Ona vә uşaqlara
           salamlarımı çatdır. Mәn onları unutmamışam. Sadәcә
           tәәssüflәnirәm ki, kömәk etmәk istәdiyim adamların hamısı
           qarşısında borcumu yerinә yetirmәk üçün yetәrincә güc
           sahibi deyilәm. Rәşidlә 595  tez-tez sәnin ailәni, hәlә üzünü
           görmәdiyimiz körpәni 596  dә unutmamaq şәrti ilә uşaqlarını
           xatırlayırıq. Ümid edirәm ki, hamı sağlamdır. Uşaqlar
           böyüyür, özlәri dә gümrahdırlar. Bәhramdan 597  indiyә qәdәr
           yalnız bir mәktub almışam. Sәn, әlbәttә, bilirsәn ki, o,
   532   533   534   535   536   537   538   539   540   541   542