Page 540 - design_Topcubashov_Full_Layout 1
P. 540
Əlimərdan bəy Topçubaşov
Bütün bu qәddar illәr әrzindә yaşadıqlarımız, çәkdiklәrimiz
bizә necә dә zәngin material vermәyә qadirdir! Türkiyәnin
qeyri-adi mәnәvi yüksәlişi nә qәdәr sevinc vә entuziazm, nә
qәdәr qәlb hәyәcanı doğurur! Qarşılığında isә zavallı
Azәrbaycanın başına bunca qәddarlıqla açılan oyunlara nә
qәdәr göz yaşı axıtmaq, nә qәdәr dәrd vә qüssә çәkmәk olar!
Artıq elә zaman gәlib ki, qәlbimizin vә beynimizin
dәrinliklәrindә ehtiyatla qoruyub saxladığımız sirlәri üzә
çıxarmalı, onların әsas xәtt vә istiqamәtlәri barәsindә bir-
birimizi mәlumatlandırmalı, sonra isә yәqin ki, gәlәcәk
nәsillәrә çatdırmaq üçün hamısını açıqlamalıyıq! Qarşılıqlı
şәkildә yazacağımız silsilә mәktublarda biz hәlәlik bu xәtlәri
müәyyәnlәşdirә, sonra isә, bir daha tәkrar edirәm, hәr
ikimizin әlinin altında toplanmış zәngin hәyati materialdan
istifadә edә bilәrik. Sәnin şair qәlbin onları daha da canlandırar,
mәnim sintetik ağlım isә praqmatik tarixi material әhәmiyyәti
verәr. O vaxt aşkar görünәr ki, yorulub-usanmadan bu axır
540
zamanların ağır günlәrindә Әli bәy Hüseynzadәnin Azәrbaycan
üçün bir iş görmәdiyini, Әlimәrdan bәy Topçubaşovun az
1
qala Türkiyәyә xәyanәtini ... iddia edәn cahillәr vә korlar nә
qәdәr yanılırlar...
Belәcә, әziz dostum, gәl bu işә başlayaq. Hәm dә tәbii
ki, özümüzә bәraәt qazandırmaq üçün yox, әvvәlcә bir-
1 “Türkiyәyә xәyanәtini... iddia edәn” – 1920-ci illәrin sonlarında
Topçubaşovla bağlı Ankarada yayılan şayiәlәrә işarәdir. Cümhuriyyәt
hökumәtinin ilk hәrbi naziri Xosrov bәy Sultanov Ә.Topçubaşova 7 noyabr
1929-cu il tarixli mәktubunda artıq neçә illәrdәn bәridir ki, türk siyasi
dairәlәrindә Әlimәrdan bәyin guya Azәrbaycan nümayәndә heyәti adından
Fransa Xarici İşlәr Nazirliyinә nota tәqdim edib Türkiyәyә qarşı әrazi
iddialarında ermәnilәri dәstәklәdiyi haqda şayiәlәr dolaşdığını bildirirdi. Guya
ermәni mövqelәrini müdafiә edәn siyasi xadim kimi mәhz bu sәbәbdәn dә
Lozanna konfransı zamanı Türkiyә nümayәndә heyәtinin başçısı İsmәt İnönü
onunla görüşmәk istәmәmişdi. Әlimәrdan bәy bu әsassız şayiәlәri aradan
qaldırmaq üçün dәfәlәrlә Türkiyәnin müxtәlif tanınmış ictimai xadimlәrinә
müraciәt etsә dә, tәşәbbüslәrinin bir sәmәrәsi olmamışdı. (Tәrc.)