Page 538 - design_Topcubashov_Full_Layout 1
P. 538
Əlimərdan bəy Topçubaşov
Darmştadtda oxuyur. Daha doğrusu, texniki mәktәbә daxil
olmağa hazırlaşır. Ünvanı belәdir: “Darmstadt, Dieburger
Str. 10”. İndi Rәşid tәtildәdir. Bir yerdә qalırıq. Sәnә salam
göndәrir. Onunla birlikdә tez-tez poetik әsәrlәrini xatırlayırıq.
Әminәm ki, dostları mәnim adımdan salamlamağı yaddan
çıxarmazsan. “Kimi?” – deyә soruşacaqsan. Hәr halda vә
heç olmazsa, faktiki Gürcüstanla Türkiyәni birlәşdirәn şair
1
vә doktor qalıb. Yaxınlarda onun hәrbçi qaynı buradan
getdi. Yәqin ki, onunla da görüşәcәksәn. Bir daha sәni vә
uşaqları öpürәm, xanımına tәzim edirәm. Salamat qal, gәlәcәk
üçün özünü vә qüvvәlәrini qoru. Әlinә nә material düşsә,
topla. Lazımımız olacaq.
Sәni sevәn Әlimәrdan
“Настал момент... предать оглашению”:
aзербайджанская эмиграция в письмах,
538
записках, телеграммах 1920–1937 гг.
Москва, 2015, с. 22–23.
1 Ә.Topçubaşov burada müәyyәn dolaşıqlığa yol vermişdir. S.Ә.Şirvani Hәsәn
bәyin ardıcıl ideya tәrәfdarlarından biri idi. Onun “Әkinçi”dә çap olunan
şeirlәrindә Hәsәn bәy Zәrdabinin mübarizәsi vә şәxsiyyәti yüksәk
qiymәtlәndirilir, maarifçilik ideyaları tәqdir olunur, xalq Hәsәn bәyә vә
“Әkinçi” qәzetinә bütün mümkün yollarla yardım göstәrmәyә çağırılırdı.
Müәllif, çox ehtimal ki, burada qәzetlә ideya mübarizәsi aparan kapitan
Sultanov, Hәsәn Qara Hadi kimi mürtәce fikirli qaragüruhçuları nәzәrdә
tutmuşdur.