Page 535 - design_Topcubashov_Full_Layout 1
P. 535

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           yazmıram. Söhbәtin qalanını şәxsi görüşümüzә saxlayıram.
           Yay әrzindә bir şey yazmısansa, göndәr. Әslindә, vәba ilә
           müharibә indi hamının diqqәt mәrkәzindә dayanır. Qәzetin
           sәhifәlәri dә yalnız bu barәdә xәbәrlәrlә doludur.
               Әlәkbәrin yay boyu nә iş gördüyü vә onunla әlaqәdar nә
           fikirdә olduğun barәdә iki-üç söz yazsan, çox sevinәrdim.
               Göndәrdiyim “Turc” qәzetinin saylarında diqqәti çәkәn
           bir şey yox idimi? Ümidvaram, nüsxәlәri saxlayırsan. Dünәn
           yeni aldığım, amma tәbii ki, senzura tәrәfindәn lәngidilmiş
           nömrәlәri göndәrirәm. İndi burada onları oxumağa vaxt
           yoxdur. Ümidvaram, sәn baxarsan, maraqlı görünәn yerlәrini
           qeyd edib “Kaspi” üçün göndәrәrsәn.
                Hәsәn bәy  593  dә bizdәn ayrılacaq. Qalan ümumi
           tanışlarımız yuvalarına çәkiliblәr vә qışı bağlarda keçirmәyi
           qәrara alıblar. Müsәlmanların çoxu hәlә şәhәrә qayıtmayıb.
           Ümumiyyәtlә, indiki şәraitdә bizimkilәr özlәrini son dәrәcә
           qorxaq, lәyaqәtsiz aparırlar. Әmәkdaşımız Әhmәd Ağayev
           elә xofa düşüb ki, nәticәdә әsәb xәstәliyinә tutulub, ailәsi ilә  535
           birlikdә buradan tamam çıxıb getmәk istәyir. Özü dә
           istirahәtdәn cәmisi dörd gün әvvәl qayıdıb.
               İndi özün tәsәvvür elә ki, yerdә qalan müsәlmanlar
           mәsәlәyә necә yanaşırlar. Sadәcә biabırçılıqdır. Onların
           әvәzinә xәcalәt çәkirәm.
               Salamat qal vә yaz.


                                             Sәni sevәn Әlimәrdan

                   А.М.Топчибаши. Документы из личных архивов.
                                                     1903–1934 гг.
                                            Москва, 2012, с. 40–41.
   530   531   532   533   534   535   536   537   538   539   540