Page 532 - design_Topcubashov_Full_Layout 1
P. 532
Əlimərdan bəy Topçubaşov
ӘLİ BӘY HÜSEYNZADӘYӘ
16 iyul 1904-cü il
Bakı
Әzizim Әli!
Mәmmәdrzaya 588 mәktubumda xahiş etmişdim ki, yaylaq
yeri kimi Mangilis haqqında bir-iki xәbәr yazasan. İndiyә
qәdәr gözlәyirәm. Әgәr sәnә çәtin deyilsә, bu işin zәhmәtini
çәk. Ümumiyyәtlә, istәrdim ki, yay boyu lazımi şәkildә
istirahәt elәyә bilәsәn. Yeganә xahişim yalnız o ola bilәrdi
ki, hәr gün Әlәkbәrlә bir-iki saat türk dili ilә mәşğul olasan.
İstәrdim ki, ana dilini hәr cәhәtdәn yaxşı öyrәnsin. Rica
edirәm, onun nazı ilә çox oynama, mәcbur elә ki, mәşğәlәlәrinә
ciddi yanaşsın. Birlikdә gündәlik yazmağa başlamısınızmı?
Ümumiyyәtlә, necә mәşğul olursunuz? Әgәr әlimә türk
532 dilindә oxumaq üçün yaxşı kitablar düşsә, mütlәq çatdıracağam.
İndi isә bәdnam “Şәrqi-rus”un bugünkü sayında çap olunmuş
gözәl şeiri göndәrirәm. Düzdür, bir qәdәr uzundur, amma
kifayәt qәdәr ideyalı şeirdir. Әgәr sәn Әlәkbәri onu әzbәrlәmәyә
mәcbur etsәn, çox yaxşı olardı. Bir sözlә, hәr cәhәtdәn onun
rәhbәri vә müәllimi olmağa çalış. Buna görә sәnә әvvәlcәdәn
öz dәrin tәşәkkürümü bildirirәm.
“Turc” 589 qәzetinin sayları bura çox qeyri-müntәzәm
gәlir. Ancaq oxumaq üçün sonuncu bir neçә nömrәni
yollayıram.
Ümid edirәm ki, әvvәldәn dә yaxşı bәlәd olduğun
Mangilisdәn mәmnunsan. Çoxlu piyada gәzmәyә çalış,
imkan daxilindә Әlәkbәri dә özünlә götür.
İndi “Turc”un daha iki nömrәsini almışam, onları Pәri
xanımın 590 adına yola saldığım bir qutu kitabla birlikdә sәnә
göndәrirәm. Әgәr qәzetlәrdә maraqlı bir şey tapsan, tәrcümә