Page 527 - design_Topcubashov_Full_Layout 1
P. 527
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
ki, belә seçimlә mәrhum öz sәrmayәsinә әn sәrfәli vә zәruri
tәtbiq sahәsi tapmışdı. Qız mәktәbinin tәşkili ideyasını isә
Tağıyevә Hәsәn bәy vermişdi. Bu zәruri tәşәbbüsü hәyata
keçirmәk mәqsәdilә o, Әlimәrdan bәy Topçubaşovla birlikdә
Tiflisә getmişdi. Qafqaz canişinliyinin vә Qafqaz Tәhsil
Dairәsinin bir çox yüksәk rütbәli mәmurlarının kabinetlәrini
dolaşdıqdan sonra, nәhayәt, mәktәbin açılmasına icazә ala
bilmişdilәr. Diqqәtәlayiq mәdәni uğur münasibәti ilә “Kaspi”
redaksiyası әtrafında toplaşan müsәlman ziyalıları böyük
şadyanalıq düzәltmişdi. Mәktәbin açılış günü onun xeyirxahı
vә banisi Hacı Zeynalabdin Tağıyevә onların adından müraciәt
ünvanlanmışdı. Müraciәtә ilk imzanı müsәlman ziyalılarının
ağsaqqalı Hәsәn bәy atmışdı. O, böyük sevinc hissinin tәsiri
ilә imzasının altında “Yaşasın Hacı Zeynalabdin Tağıyev!”
sözlәrini dә әlavә etmişdi.
Hәsәn bәy Zәrdabi vә Әlimәrdan bәy Topçubaşov birinci
qız mәktәbi Himayәçilәr Şurasının ilk fәxri üzvlәri
seçilmişdilәr. 527
Mәktәbin müdirәsi vәzifәsinә isә Hәnifә xanım Mәlik-
Zәrdabi dәvәt olunmuşdu. Hәmin vaxtdan etibarәn Hәsәn
bәyin sәdaqәtli ömür-gün yoldaşı maarif sahәsindә müstәqil
fәaliyyәtә başlamışdı. Әslindә, Hәsәn bәylә birlikdә keçdiyi
hәyat yolunun özü ondan ötrü әn yaxşı mәktәb idi. O yalnız
maarifin xilasedici gücünә inanmaqla kifayәtlәnmәmişdi.
Hәnifә xanım yalnız bilik vә tәcrübәsini xalq kütlәlәrinin
maariflәnmәsi işinә yönәltmәklә fәaliyyәtini bitmiş saymırdı.
O hәm dә xalqın tәlәbat vә ehtiyaclarını diqqәtlә öyrәnmiş,
arasında yaşadığı insanların adәt-әnәnәlәrinә dәrindәn
yiyәlәnmişdi. Müsәlman qadınlarının fәrәhsiz hәyatı, onların
heç bir şәkildә ödәnilmәyәn әqli tәlәbatları hәmişә Hәnifә
xanımın diqqәt mәrkәzindә dayanmışdı. Hәr yerdә – ürәkdәn
sevdiyi “Әkinçi”nin nәşri dövründә Bakıda yaşayanda da,
Zәrdaba köçmәk mәcburiyyәti qarşısında qalanda da Hәnifә
xanım müsәlman qadınları üçün münasib yaşam şәrtlәrinin
yaradılması, onlarda hәyata daha ayıq münasibәt tәrbiyә