Page 522 - design_Topcubashov_Full_Layout 1
P. 522

Əlimərdan bəy Topçubaşov

                         585
                  Vәzirov , Rza bәy Xәlilov 586  kimi bacarıqlı türk-azәrbaycanlı
                  müәlliflәr yaxından iştirak edirdilәr. “Kaspi” bir müddәt
                  yalnız  Azәrbaycanın deyil, Qafqazın, hәtta deyәrdik ki,
                  bütün Rusiya müsәlmanlarının әsas tribunası vә әtrafında sıx
                  birlәşdiklәri mәdәni-ictimai mәrkәz rolunu oynamışdı. Qәzet
                  Volqaboyunda, xüsusәn dә Nijni-Novqorod, Kazan, Ufa,
                  Orenburq kimi şәhәrlәrdә, habelә Krımda yaşayan
                  müsәlmanlarla sıx mәnәvi tәmasda idi. Digәr müsәlman
                  ölkәlәrindә dә “Kaspi”nin oxucu vә abunәçilәri vardı. Qәzetin
                  daxili vә xarici mәsәlәlәrlә bağlı ümumi xarakterli baş
                  mәqalәlәri, müsәlman hәyatı ilә әlaqәdar Әhmәd bәy Ağayevin
                  qәlәmindәn çıxan cümә felyetonları, Hәsәn bәyin ictimai
                  problemlәrә, habelә zemstvo vә şәhәr tәsәrrüfatına dair
                  yazıları, Firidun bәy Köçәrlinin әdәbi oçerklәri vә s. oxucularda
                  böyük tәәssürat yaradır, müsәlman xalqların dil, mәişәt,
                  mәdәniyyәt vә tarixlәrinin öyrәnilmәsinә marağı artırırdı.
                  Eyni zamanda onların dövrün ictimai proseslәri ilә daha sıx
         522      tәmas qurmalarına tәkan verirdi. Bu baxımdan “Kaspi” 1906-cı
                  ilә qәdәrki fәaliyyәti ilә bütün bölgәnin, ilk növbәdә isә
                  Azәrbaycanın siyasi-iqtisadi vә mәnәvi hәyatında silinmәz
                  izlәr buraxmışdı. Әminәm ki, ölkәnin gәlәcәk tarixçisi “Kaspi”
                  redaksiyasının vә onun әmәkdaşlarının hәyata keçirdiklәri
                  maarifçilik fәaliyyәtinә mütlәq lazımi diqqәt yetirәcәkdir.
                  Hәmin әmәkdaşların arasında Hәsәn bәy Mәlik-Zәrdabinin
                  böyük işinә vә çәkdiyi zәhmәtlәrә layiqli yer verilәcәkdir.
                     “Kaspi” ilә yanaşı, Hәsәn bәy 1905-ci ildәn başlayaraq
                  Bakıda Әhmәd bәy  Ağayev vә Әli bәy Hüseynzadәnin
                  redaktorluğu ilә nәşr olunan “Hәyat” qәzeti üçün dә mәqalәlәr
                  yazırdı. Maraqlandığı vә “Kaspi” sәhifәlәrindә ardıcıl
                  işiqlandırdığı mәsәlәlәri xalq üçün daha aydın, anlaşıqlı
                  şәkildә “Hәyat” qәzetindә dә әks etdirirdi. Hәm dә bu yazılar
                  Hәsәn bәyin sadәlәşdirilmәsi, әrәb vә fars sözlәrindәn
                  tәmizlәnmәsi uğrunda uzun illәr inadla mübarizә apardığı
                  türk-azәrbaycan dilindә qәlәmә alınırdı.
   517   518   519   520   521   522   523   524   525   526   527