Page 517 - design_Topcubashov_Full_Layout 1
P. 517

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           aldıqları Tiflisә mütәmadi sәfәrlәri zamanı Hәsәn bәy mәşhur
           gürcü ictimai xadimi, gürcü ziyalılarının әsas mәtbu orqanı
           sayılan “Obzor” 581  qәzetinin naşiri vә redaktoru N.Y.Nikoladze
           ilә yaxından tanış olmuşdu.  Tezliklә Hәsәn bәy hәmin
           qәzetdә Qafqaz müsәlmanlarının hәyatı ilә bağlı müxtәlif
           mövzularda ardıcıl çıxış etmәyә başlamışdı. Әslindә, bu,
           Hәsәn bәyin vaxtilә “Әkinçi” sәhifәlәrindә başladığı, xalqı
           maarifә, mәdәni vә iqtisadi tәrәqqiyә, milli şüurun inkişafına
           çağıran ehtiraslı çıxışlarının davamı idi. Hәm dә müәllif bir
           tәrәfdәn rusdilli oxucuların rәğbәtini qazanmaq, digәr tәrәfdәn
           isә  Tiflisdәki yüksәk inzibati dairәlәrin diqqәtini çәkmәk
           üçün çağırışların hansı formada sәslәndirilmәsini dә kifayәt
           qәdәr yaxşı bilirdi.

                                    * * *
               Müsәlman hәyatının tәxirәsalınmaz mәsәlәlәri ilә yanaşı,
           Hәsәn bәy dövrün diqqәtәlayiq hadisәlәri vә çevrәsindәki
           fәrәhsiz hәyat lövhәlәri haqda da geniş söz açırdı.         517
           Zaqafqaziyada kәnd tәsәrrüfatına yararlı әrazilәrin mәrzlәnmәsi
           ilә әlaqәdar kәndlilәrә torpaq paylarının ayrılması onu daha
           çox maraqlandıran mәsәlәlәrdәn idi. Hәsәn bәy hökumәt
           mәmurlarının qanundankәnar, saxtakar hәrәkәtlәrinin heç
           birini diqqәtdәn qaçırmır, hәr belә tәsadüf haqda “Obzor”
           qәzetini lazımi materiallarla tәmin edirdi. Öz xәbәr vә
           mәqalәlәrindә o, yerli hakimiyyәt dairәlәrinin özbaşınalıqları,
           mәhkәmәlәrin tәrәfkeşliyi, dövlәt әmlakı mәmurlarının
           qanunsuzluqları haqqında yaddaqalan lövhәlәr cızırdı. 80-ci
           illәrin ikinci yarısında Qafqazda quldurluq vә soyğunçuluq
           halları genişlәnәndә isә Hәsәn bәy diqqәtini bu fәlakәtli
           vәziyyәtә yönәltmişdi. Onun fikrincә, yeni ictimai bәlanın
           әsas sәbәbkarları qanunu saya salmayan, pul xatirinә hәr cür
           yaramazlığa hazır olan hakimiyyәt nümayәndәlәrinin özlәri
           idi.
               Hәsәn bәyin mәqalәlәri vә yerlәrdәn göndәrdiyi xәbәrlәr
           “Obzor” üçün bir sıra problem vә narahatlıqlar yaradırdı.
   512   513   514   515   516   517   518   519   520   521   522