Page 521 - design_Topcubashov_Full_Layout 1
P. 521
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
Әslindә, bütün Qafqazın, elәcә dә onun müsәlman
әhalisinin ümumi maraqları baxımından rus dilindә qәzet
nәşrinin böyük әhәmiyyәti vardı. Belә nәşrlәr vasitәsi ilә
digәr xalqların dövri mәtbuatı izlәmәk imkanına malik
nümayәndәlәri mәdәni inkişaf baxımından nisbәtәn geri
qalmış qonşularının hәyatı ilә tanış olmaq fürsәti qazanır,
ümumqafqaz işinin tәrәqqisinә onların da töhfә vermәlәrinә
müәyyәn qәdәr sәy göstәrirdilәr. Xüsusәn Qafqazda hәyata
keçirilmәsi nәzәrdә tutulan islahatlar baxımından belә
qarşılıqlı әlaqәnin yaranması son dәrәcә әhәmiyyәtli idi vә
gәlәcәk üçün ümidlәr vәd edirdi.
Bölgә xalqlarının yaxınlaşması, ümumi maraqların әlbir
sәylәrlә qorunması, habelә zemstvolar, kәndli mәsәlәsi, vergi
vә mәhkәmә sistemi, şәhәr hәyatı, xalq tәhsili sahәlәrindә
islahatların hazırlanması vә hәyata keçirilmәsi baxımından
“Kaspi” qәzeti uzun müddәt ictimai fikrin dәqiq, obyektiv
ifadәçisi kimi mühüm rol oynamışdı.
Hәsәn bәy böyük hәyat tәcrübәsinә әsaslanaraq
521
mәqalәlәrindә sadalanan mәsәlәlәrdәn söz açırdı. Hәm dә
bu zaman tәkcә şәxsi intuisiyasına deyil, redaksiyanın
sәrәncamındakı materiallara da әsaslanırdı. “Kaspi”nin Şәrqi
Zaqafqaziyanın, demәk olar ki, bütün mәrkәzlәrindә fәaliyyәt
göstәrәn müxbirlәri ilә yanaşı, Hәsәn bәy qәzaların
әksәriyyәtindә vaxtilә qurduğu әlaqәlәr sayәsindә geniş
şәbәkә tәşkil edәn tanış vә dostlarının xidmәtindәn dә
yararlanırdı. Belә “xüsusi müxbirlәr” cari hәyatın diqqәtәlayiq
yeniliklәri ilә bağlı dәrhal Hәsәn bәyә mәlumat ötürürdülәr.
Nәticәdә yerlәrdәki hadisәlәrlә әlaqәdar “Kaspi”dә hökumәt
mәmurlarının mövqeyini sәrt şәkildә qınayan yazılar çap
olunurdu. Hәmin kәskin vә cәsarәtli fikirlәr әvvәlki illәrin
heç nәdәn qorxub-çәkinmәyәn gәnc, odlu-alovlu Hәsәn
bәyini xatırladırdı. Tәbii ki, indi köhnә vaxtlardakı kimi
yalqız deyildi. Çünki artıq “Kaspi“nin işindә müsәlman
hәyatı ilә yaxından tanış olan Әlimәrdan bәy Topçubaşov,
Әhmәd bәy Ağayev, Firidun bәy Köçәrli, Haşım bәy