Page 519 - design_Topcubashov_Full_Layout 1
P. 519

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           şәkildә ortaya qoymuşdu. Tәbii ki, apardığı qeyri-bәrabәr
           mübarizә Hәsәn bәyә dә asan başa gәlmәmişdi. O, bir
           vaxtlar kifayәt qәdәr möhkәm olan orqanizmini üzüb әldәn
           salmış, әsәblәrini tamam korlamışdı. Әsәb sarsıntıları sifәtinin
           bir tәrәfinin әyilmәsi vә bir gözünün çәplәşmәsi ilә nәticәlәnәn
           apoplektik şoka gәtirib çıxarmışdı. Hәsәn bәy indi milli
           paltar-çuxa geyir, quzu dәrisindәn papaq qoyurdu. Zahiri
           görünüşündәn xeyli yaşlı adama bәnzәyirdi. Başında, demәk
           olar ki, tük qalmamışdı, bığ-saqqalı tamam ağarmışdı. Zahirәn
           belә göründüyü 1895-ci ildә onun cәmi-cümlәtanı 58 yaşı
           vardı.

                                    * * *
               Nәhayәt, biz Hәsәn bәy Mәlik-Zәrdabinin hәyatının son
           dövrünün tәsvirinә keçirik. On iki illik bu dövr yaşam
           tarixinin qürub çağını – 1896-cı ildәn 1907-ci ilә qәdәrki
           vaxtı әhatә edir.
               Hәsәn bәy yenә Bakıdadır. Bura sonuncu dәfә vә artıq
                                                                       519
           hәmişәlik gәlib. Sürgündәn qayıdandan sonra o, müxtәlif
           mәsәlәlәrlә bağlı dәfәlәrlә Bakıda olmuşdu. Sonuncu dәfә
           isә namizәdliyini Şәhәr Duması üzvlüyünә irәli sürmәk
           istәyәn bir qrup Bakı sakininin dәvәti ilә gәlmişdi. Lakin
           hәmin vaxt müxtәlif qruplar arasındakı fikir ayrılıqları vә
           ziddiyyәtlәr nәticәsindә düşünülәn planı hәyata keçirmәk
           mümkün olmamışdı. O vaxtdan Hәsәn bәy bir dә Bakıya
           ayaq basmamışdı.
                Onun 1896-cı ildә Bakıya gәlib yerlәşmәsi eyni ildә
           kürәkәni Әlimәrdan bәy  Topçubaşovun da  Tiflisdәn
           Azәrbaycanın mәrkәzi şәhәrinә köçmәsi ilә bağlı idi. Hәmin
           il Әlimәrdan bәy andlı iclasçı vәzifәsinә yüksәlmiş vә Bakı
           Dairә mәhkәmәsinin vәkillәri sırasında qeyd olunmuşdu.
           Amma onu vәkillik fәaliyyәtindәn daha çox ictimai işlәr, ilk
           növbәdә isә doğma xalqına xidmәt maraqlandırırdı. Hәmin
           vaxta qәdәr Әlimәrdan bәy Tiflis qәzetlәrindә, habelә hüquq
           jurnallarında ictimai mәsәlәlәrlә bağlı yazılar yazmış,
   514   515   516   517   518   519   520   521   522   523   524