Page 515 - design_Topcubashov_Full_Layout 1
P. 515

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           müraciәtlәr yazmaq işinin miqyasını daha da genişlәndirmişdi.
           Hamıdan çox hәdәfә gәlәn qәza polis idarәsi idi. Hәsәn bәy
           yalnız polislәrin özbaşınalığı, yaxud rüşvәt almaları haqda
           deyil, onların soyğunçu quldur dәstәlәri yaratmaları, belә
           dәstәlәrin başçıları ilә birlәşib xalqı soyub-talamaları barәdә
           dә faktlar ortaya qoyurdu.
               Yerli mәmurlar bu şikayәtlәri quberniya rәislәri qarşısında
           yalana çıxarmaq üçün müxtәlif vasitә vә yollar axtarıb
           tapırdılar. Özlәrinә “haqq qazandırma” tәşәbbüslәri әksәr
           hallarda Hәsәn bәyin guya bilәrәkdәn mәmurları gözdәn
           salan hadisәlәr uydurması, әhalini qanuni hakimiyyәt
           nümayәndәlәrinә qarşı ayağa qaldırması haqqındakı uydurma
           iddialarla mәhdudlaşırdı. Polis mәmurları üçün Hәsәn bәyin
           müxtәlif şikayәtçilәrin dilindәn yazdığı әrizәlәri yalana
           çıxarmaq o qәdәr dә çәtin iş deyildi. Әllәri hәr yerә çatan bu
           adamlar hakimiyyәt vә güclәrinә arxalanıb әrizәlәrdәki
           mәlumatların uydurma olduğunu ortaya çıxaran dәlil-sübutlar
           toplaya bilәrdilәr, yaxud şikayәt sahiblәrini öz sözlәrindәn  515
           imtinaya vadar edә bilәrdilәr. Müxtәlif vasitәlәrlә әlә aldıqları
           adamları yeni әrizәlәr yazmağa, әvvәlki şikayәtlәri geri
           götürmәyә, hәr şeydәn boyun qaçırmağa mәcbur edir, onların
           öz dillәrindәn yazılanların Hәsәn bәyin uydurması olduğunu
           sübut etmәyә çalışırdılar. Belә hallarda Hәsәn bәy sadәcә
           Yan Qusun  579  ardınca onun mәşhur “O sancta simplicitas!”
           sözlәrini tәkrarlaya bilәrdi.  Amma әslinә qalanda, yerli
           hakimiyyәt dairәlәrinin özlәri “tövbә” әrizәlәrinә o qәdәr dә
           ciddi әhәmiyyәt vermirdilәr. Onların hansı yolla, hansı
           mәqsәdlә yazdırıldığını yaxşı bildiklәrindәn bәzәn heç
           qeydiyyata almır, sadәcә әmәllәrini ört-basdır etmәk üçün
           hәmin “sәnәdlәr”dәn imkan daxilindә yararlanmaqla
           kifayәtlәnirdilәr.
               Lakin bu, öz çirkin, yaramaz oyunlarını gizlәtmәyә
           çalışan, vicdanları lәkәli olduğu üçün aşkarlıq vә işıqdan
           qorxan adamların düşüncәsi idi. Hәsәn bәy isә әksinә, yerli
           hakimiyyәtin fәaliyyәti ilә bağlı hәr bir mәsәlәyә aydınlıq
   510   511   512   513   514   515   516   517   518   519   520