Page 510 - design_Topcubashov_Full_Layout 1
P. 510

Əlimərdan bəy Topçubaşov


                  hökumәti tәrәfindәn üzәrlәrinә silinmәz “pantürkizm” damğası
                  vurulan Qafqaz müsәlmanları yeni rus-türk müharibәsinin
                  araya düşmәsi ilә özlәrinә bәslәnilәn şübhәli münasibәtin
                  ağrı-acısını daha kәskin şәkildә hiss etmәyә başladılar.
                  Tәzyiqlәr güclәndi, hәbslәr vә inzibati sürgünlәr çoxaldı,
                  hәtta edam halları özünә yer aldı. Gizli polis vә jandarmeriya
                  tam fәaliyyәtә keçmişdi. Aramsız axtarışlar aparılır, şübhәli
                  sayılan şәxslәr dәrhal inzibati dairәlәrә vә hәrbi mәhkәmәlәrә
                  tәslim edilirdi. Sonuncular isә әhalidә qorxu yaratmaq
                  mәqsәdi ilә kiçicik bir şübhәyә görә adamları Sibir sürgününә,
                  bәzәn isә hәtta edam kürsüsünә göndәrirdilәr. Xüsusilә
                  canfәşanlıq edәn Qafqaz canişinliyi özünü mәrkәzi hakimiyyәtә
                  göstәrmәk üçün “lәnәtә gәlmiş tatarlar”ın başına istәdiklәri
                  oyunları açmaqdan çәkinmirdi. Onları ağla gәlәn vә gәlmәyәn
                  hәr şeydә günahlandırırdı. Müsәlman olmaları, türk millәtinә
                  mәnsubluqları, Osmanlı sultanını xәlifә kimi qәbul etmәlәri
                  bu adamların suçu sayılırdı. Qәzәbdәn başlarını itirmiş hakim
                  dairәlәr unudurdu ki, müxtәlif cinayәtlәrdә ittiham etdiklәri
         510
                  Qafqaz müsәlmanları hәrbi mükәllәfiyyәt daşımasalar da,
                  cәbhәdә döyüşmәk üçün xüsusi hissәlәr formalaşdırırlar,
                  onların arasında orduda zabit kimi xidmәt edәn, hәtta general
                  rütbәsinә yüksәlәn hәrbçilәr var, müharibәnin çәtinlik vә
                  mәhrumiyyәtlәri müsәlman әhalidәn dә yan keçmir. Digәr
                  tәrәfdәn, cәbhәdә baş verәn hәr bir hadisә arxada da öz
                  tәsirini göstәrirdi.
                     Hәddini aşmış hakimiyyәtin tәqib, basqı vә haqsızlıqlarına
                  dözmәk, bütün bunları cavabsız buraxmaq üçün xalqdan
                  böyük soyuqqanlılıq, sәbir vә dözüm tәlәb olunurdu. Hakim
                  dairәlәrin vәhşi, yırtıcı tәbiәtini yaxşı bilәn Hәsәn bәy üçün
                  doğma xalqının taleyi ilә bağlı çәtin mәnәvi әzablar dövrü
                  başlanmışdı.
                     Müharibә ilә bağlı meydana çıxan bir hadisә onu daha
                  çox narahat edirdi. Sonradan elә hәmin hadisә dә qәzetin
                  üzlәşdiyi fәlakәtin әsas sәbәblәrindәn birinә çevrildi.
                  Dağıstanda iğtişaş başlandı. Xeyli adam hәbsxanaya salındı.
   505   506   507   508   509   510   511   512   513   514   515