Page 509 - design_Topcubashov_Full_Layout 1
P. 509
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
hakimiyyәti altında üzlәşdiyi mәhrumiyyәt vә sarsıntıları ilә
göstәrirdi. Hәsәn bәy әziz vәtәni Azәrbaycanın – bu әbәdi
vә tarixi odlar yurdunun yenidәn öz müstәqilliyinә qovuşması
ilә bağlı ürәklәrdә ümid, inam qığılcımlarını alovlandırmağa
çalışırdı... Belә mühüm, müqәddәs işdә hansısa ayrı-seçkiliklәr
salmaq, xüsusәn maraqlı vә diqqәtәlayiq sәhifәlәr axtarmaq
doğru olmazdı. Çünki yaradılan salnamәnin hәr sәhifәsi
bütün qәlәbә vә mәğlubiyyәtlәri, sevinc vә kәdәrlәri ilә
Azәrbaycan xalqının müxtәlif tarixi mәrhәlәlәrdә keçdiyi
mürәkkәb yoldan bәhs edirdi. Gәlәcәyin hәr bir tәdqiqatçısı,
hәr bir tarixçisi “Әkinçi” sәhifәlәrindә xalq hәyatının heç
bir әlavә bәzәk-düzәyin, heç bir artırıb-әskiltmәnin yer
almadığı hәqiqi vә parlaq tәsviri ilә üzlәşәcәkdir.
Tәdqiqatçı vә tarixçi üçün 1875–1876-cı illәrin “Әkinçi”si
xalqımızın yarım әsr әvvәlki mәdәni inkişafı vә intellektual
tәrәqqisi ilә bağlı mәsәlәlәrdә әn etibarlı masaüstü kitab
rolunu oynamalıdır. Türk-Azәrbaycan mәtbu sözünün әsası
“Әkinçi” ilә qoyulmuşdur. “Әkinçi” yalnız Azәrbaycanda 509
vә Qafqazda deyil, bütün Rusiya müsәlmanları arasında ana
dilindә mәtbuatın ilk nümunәsi, banisidir. Müxtәlif vaxtlarda
Tiflisdә Ünsizadә qardaşları tәrәfindәn çap olunan “Ziya”
vә “ Kәşkül” qәzetlәrinin materialları әrәb vә fars sözlәrinin
böyük üstünlük tәşkil etdiyi dillә yazılırdı, ideya baxımından
isә Azәrbaycandakı xalq kütlәlәrinin hәyatının gerçәk
inikasından çox uzaq idilәr. İndi haqq dәrgahına qovuşmuş
578
mәşhur krımlı ictimai xadim , 1885-ci ildәn (mәtndә belә
getmişdir, әslindә, 1883-cü il olmalıdır – Tәrc.) bәri
Bağçasarayda çıxan “Tәrcüman” qәzetinin naşiri vә redaktoru
İsmayıl bәy Qaspıralı isә hәmişә Rusiyadakı türk mәtbuatının
tarixinin “Әkinçi”dәn başlandığını etiraf edir, Hәsәn bәyi
bu sahәnin patriarxı, özünün müәllimi adlandırırdı.
* * *
“Әkinçi”nin nәşrinin ikinci ili – 1876-cı il Rusiya-
Türkiyә müharibәsinin alovlandığı vaxta tәsadüf etdi. Çar