Page 506 - design_Topcubashov_Full_Layout 1
P. 506
Əlimərdan bəy Topçubaşov
Müsbәt, tәqdiredici yazılarda isә Hәsәn bәy maarifә,
torpaq hüququna vә ondan istifadә qaydalarına, yolların vә
suvarma kanallarının çәkilmәsinә, bәndlәrin tikilmәsinә,
alqı-satqı işinin tәşkilinә vә s. mәsәlәlәrә diqqәt yetirirdi.
Hәmvәtәnlәrinin ümumi hәyat şәrtlәri, yaşam tәrzi ilә bağlı
mәsәlәlәrdә Hәsәn bәy, adәtәn, yol göstәrir, tәsәrrüfat
xarakterli, yaxud tәcrübi әhәmiyyәtli mәslәhәtlәr verirdi.
Bu mәnada kәnd sakinlәrinә әkinçilik, torpağa qulluq vә
gigiyena qaydaları ilә bağlı verilәn mәslәhәt vә nәsihәtlәr
daha qiymәtli, daha yararlı sayıla bilәrdi. Yüksәk tәhsilә
malik tәbiәtşünas-alim nüfuzu ona torpağın becәrilmәsi,
әkinçilik alәtlәrindәn sәmәrәli istifadә, bitkilәrә qulluq vә s.
barәdә elmi cәhәtdәn әsaslandırılmış faydalı fikir vә
mülahizәlәr söylәmәyә imkan yaradırdı. Hәsәn bәy şәhәr vә
kәndlәrdә hökm sürәn antisanitariyaya, şәxsi gigiyena
qaydalarının vacibliyinә daha çox diqqәt yetirir, yaşayış
mәskәnlәrini, hәyәtlәri, küçәlәri, xüsusәn su mәnbәlәrini
tәmiz saxlamağın vacibliyini göstәrirdi. O, kәndlilәrә süddәn
506
necә yağ çәkmәyi, müxtәlif ağartı mәhsullarından istifadә
qaydalarını, әrzaq mәhsullarını uzun müddәt saxlamaq
yollarını öyrәtmәyi dә yaddan çıxarmırdı.
* * *
Sırf tәsәrrüfat sәciyyәli mәslәhәt vә tәlimatlarla yanaşı,
Hәsәn bәyin xalqı әsrlik qәflәt yuxusundan ayılmağa, cәhalәt
pәncәsindәn xilas olmağa, sağlam vә sivil hәyata, milli
şüurun inkişafına sәslәyәn çağırışları “Әkinçi”yә xüsusi
mәna verirdi. Lakin bütün ehtiyat tәdbirlәrinә, hәtta “siyasәt”
vә “siyasi” kimi istilahlardan hәr vasitә ilә uzaq qaçılmasına
baxmayaraq, “Әkinçi”yә göstәrilәn senzura tәzyiqlәri durmadan
şiddәtlәnirdi. Әvәzindә isә qәzet kütlә içәrisindә getdikcә
daha çox rәğbәt qazanırdı. Xalqla “Әkinçi” arasında mәnәvi
әlaqәlәr genişlәnir, möhkәmlәnirdi. Qәzetin yerlәrdәki
oxucuları artıq müxtәlif mәsәlәlәrlә bağlı Hәsәn bәyә birbaşa
müraciәt edirdilәr, ondan mәslәhәt istәyirdilәr. İndi artıq