Page 505 - design_Topcubashov_Full_Layout 1
P. 505
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
daha yaxşı anladığı adi danışıq dilinә, gündәlik hәyat vә
mәişәtdәn götürülәn, hamının eyni dәrәcәdә yaxşı başa
düşdüyü söz vә ifadәlәrә üstünlük verirdi. Yuxarıda xatırlatdığım
savadlı müsәlmanların dilin sadәlәşdirilmәsi ilә bağlı mәsәlәdәki
fәrqli mövqeyi Hәsәn bәyi tutduğu yoldan qәtiyyәn
çәkindirmirdi. Hәmin adamlar “Әkinçi”nin naşirini mәsxәrәyә
qoyurdular, әrәb vә fars dillәrini bilmәdiyindәn “tәrәkәmә
lәhcәsindә” yazdığını iddia edirdilәr. Lakin müәyyәn müddәt
sonra hәmin “tәnqidçilәrin” özlәri, xüsusәn dә onların övladları
milli şüurun әsas qaynaqlarından, qida mәnbәlәrindәn biri
kimi, ana dilinin dirçәldilmәsindә Hәsәn bәyin xidmәtlәrinin
әhәmiyyәtini başa düşüb, minnәtdarlıq hissi ilә qeyd etmәyә
bilmәzdilәr.
“Әkinçi”nin yalnız zahiri forması vә dili deyil, hәr şeydәn
öncә mәzmunu diqqәt çәkirdi. Qәzet öz mәqalә vә müxbir
mәktublarında keçmiş Rusiyanın, Qafqazın, habelә bir sıra
әcnәbi ölkәlәrin daxili vә xarici hәyatı ilә bağlı mәsәlәlәrә
toxunur, söz açdığı mәtlәblәri sadә vә anlaşıqlı tәrzdә 505
oxucularına çatdırmağa çalışırdı. Hәm dә bu zaman “qazları
ayıq salmamaq”, hakimiyyәt dairәlәrini qәzәblәndirmәmәk
üçün müxtәlif vasitәlәrә әl atılırdı. Hәsәn bәyin geniş
auditoriyaya müraciәtinin әsas mövzusu isә bütünlükdә
hәmin dövrdә, xüsusәn dә Qafqaz müsәlmanları mühitindә
daha çox diqqәti çәkәn mәsәlә kimi mövcud hәyat şәrtlәrinin
yarıtmazlığı idi. Bu barәdә qәzet özünün, demәk olar ki, hәr
sayında yorulmadan söz açırdı. Zavallı xalqın hiylә vә riya
toruna salınmasına sәy göstәrәn qara qüvvәlәr “Әkinçi”
naşirini daha çox maraqlandırırdı. Cahil mollalar, qolçomaqlar,
yerlәrdәki satqın hakimiyyәt nümayәndәlәri, acgöz mülkәdarlar,
qudurğan bәylәr, ara vәkillәri bir-birinin ardınca “Әkinçi”
sәhifәlәrinә çıxarılıb sorğu-suala tutulurdu. Ehtiyatlı ifadәlәrlә
dә olsa, mәhkәmә vә idarәçilik orqanlarının fәaliyyәtindәki
naqis cәhәtlәr tәnqid olunurdu. Qәzet redaksiyası oxuculara
üz tutub belә faktlar, ümumәn maraqlı, düşündürücü hadisәlәr
barәdә xәbәr vermәyi xahiş edirdi.