Page 508 - design_Topcubashov_Full_Layout 1
P. 508

Əlimərdan bəy Topçubaşov


                  müәlliflәrә dә yüksәk dәyәr verirdi. Yazarların sırasında bir
                  neçә keçmiş şagirdinin olması isә Hәsәn bәy üçün mәnәvi
                  qәlәbә kimi xüsusilә әhәmiyyәtli idi. Çox ehtimal ki,
                  valideynlәri tam tәqdir etmәsәlәr dә, bu gәnclәr ilk dәfә
                  doğma türk-azәrbaycan dilindә “Әkinçi” sәhifәlәrindә çıxış
                  etmәk üçün özlәrindә istәk vә cәsarәt tapmışdılar. Milli
                  ruhlu әsilzadәlәr, bәzi ruhanilәr arasında da “Әkinçi” ilә
                  әmәkdaşlıq edәnlәr vardı. Hәsәn bәy hәtta ötәri, tәsadüfi
                  sәciyyә daşısa da, xalq içәrisindәn çıxmış savadlı adamların
                  qәzetlә işbirliyinә cәlb olunmalarına böyük dәyәr verirdi.
                  Çünki onlarda daha böyük sәmimiyyәt vә inam görürdü.
                  Tәbii ki, belә adamlar hәlә sayca çox deyildi. Lakin tәbiәt
                  etibarilә xalqçı olan Hәsәn bәy hәmin azsaylı adamlarla
                  işlәmәk, onları tәşviq edib hәvәslәndirmәk üçün bütün qüvvә
                  vә imkanlarını ortaya qoyurdu. Yerlәrdәki müxbirlәrin mәktub
                  vә mәlumatlarına dil, imla qüsurlarına baxmayaraq, dәrhal
                  qәzetdә yer verirdi. Üstәlik, redaksiya onlara minnәtdarlığını
                  bildirir, әmәkdaşlığı davam etdirmәyә çağırırdı.
         508


                                           * * *
                     Xalq içәrisindәn çıxmış müәlliflәri “Әkinçi”dә çap
                  olunmağa hәvәslәndirmәklә Hәsәn bәy kütlә arasında daha
                  etibarlı mövqe qazanmaq, cәmiyyәti qәzetdә toxunduğu
                  mәtlәblәrlә daha yaxından maraqlandırmaq istәyirdi. O,
                  “Әkinçi”ni Azәrbaycan xalqının yalnız nüvәsini deyil, hәm
                  dә әsas istiqamәtverici gücünü tәşkil edәn kәndli sinfinin
                  maraq vә mәnafelәrinin müdafiәsinә yönәlmiş tam xәlqi
                  mahiyyәtli hәqiqi kәndli tribunasına çevirmәklә bağlı
                  niyyәtlәrini heç zaman gizlәtmirdi.
                     İkiillik mövcudluğu әrzindә “Әkinçi”, hәqiqәtәn dә,
                  doğma xalqın salnamәsi özәlliyini qazanmışdı. Qәzet tәmiz,
                  lәkәsiz güzgü kimi tәmsil etdiyi millәti bütün tәbii keyfiyyәt
                  vә çatışmazlıqları, zәngin mәdәni keçmişi, Şәrqin böyük
                  tarixi yolundakı bütün qәhrәmanlıq vә faciәlәri, yad qüvvәlәrin
   503   504   505   506   507   508   509   510   511   512   513