Page 512 - design_Topcubashov_Full_Layout 1
P. 512

Əlimərdan bəy Topçubaşov


                     Stavropolda üzlәşdiyi yad mühit vә şәrait, normal yaşayış
                  imkanlarından mәhrum edilib qürbәtә göndәrilmәsi, әn әsası
                  isә pedaqoji fәaliyyәtdәn, sevimli qәzetçilik işindәn ayrılması,
                  haqsız tәzyiqlәrә, tәqiblәrә mәruz qalması – bütün bunlar
                  Hәsәn bәyin fiziki vә psixi vәziyyәtindә әks olunmaya
                  bilmәzdi.
                     Doğrudur, Stavropolda ziyalı dairәsinin әhatәsinә
                  düşmüşdü. Yeni tanışları onu qiymәtlәndirir vә sevirdilәr.
                  Müәllimliyini burada da davam etdirirdi. Bilik vә tәcrübәsinә
                  әsaslanaraq, dağlıların (çәrkәzlәr vә b.) müasir tәhsilә
                  yiyәlәnmәlәrinә yardım göstәrirdi. Maarif vә xeyriyyә
                  cәmiyyәtlәrinin tәşkilinә töhfә vermәyә çalışırdı. Әlbәttә,
                  bütün bu fәaliyyәt sahәlәri diqqәtini müәyyәn dәrәcәdә
                  mәşğul edirdi, lakin doğma xalqı üçün çalışmaq imkanından
                  zorla mәhrum edilәn Hәsәn bәy kimi enerjili vә cәsarәtli
                  insana heç bir yolla qәlb rahatlığı vә sakitlik gәtirmirdi.
                     Daim fikir çәkmәk vә mәnәvi әzablar Stavropolun soyuq
                  iqlimi ilә birlәşib tezliklә Hәsәn bәyin sağlamlığına mәnfi
         512
                  tәsirini göstәrdi. Bu, ilk növbәdә özünü onun sinir sisteminin
                  vәziyyәtindә büruzә verirdi. Hәsәn bәy get-gedә daha әsәbi
                  olurdu, hәr xırda şey onu haldan çıxarırdı. Tәzyiqi yüksәlir,
                  orqanizminin xәstәliklәrә müqavimәt qabiliyyәti azalırdı.
                  Zahiri görünüşü ilә dә artıq әvvәlki sağlam, qәdd-qamәtli,
                  enlikürәkli, sıx qarasaqqallı, azacıq qıyılmış gözlәri parıltılı
                  işıq saçan adam deyildi.
                     Bütün bunları sәdaqәtli ömür-gün yoldaşı Hәnifә xanım
                  yaxşı görürdü. O, daxilәn sarsılır, qәzәblәnirdi, lakin Hәsәn
                  bәyi daimi qayğı ilә әhatә etmәkdәn, ona mәnәvi yardım
                  göstәrmәkdәn bir an da olsa, geri çәkilmirdi.

                                           * * *
                     Nәhayәt, sıxıntılarla dolu mәrhәlәnin sonu çatdı. 1881-ci
                  ildә Hәsәn bәy ailәsi ilә birlikdә Göyçay qәzasındakı doğma
                  Zәrdab kәndinә köçdü. Әkinçilik vә bağbanlıqla mәşğul
                  olmaq qәrarına gәlib özünә kiçik tәsәrrüfat düzәltdi. İlk
   507   508   509   510   511   512   513   514   515   516   517