Page 514 - design_Topcubashov_Full_Layout 1
P. 514
Əlimərdan bəy Topçubaşov
ucbatından bәzәn bu sәnәdlәri özü dә imzalamalı olurdu.
Tez-tez yerli hakimiyyәt dairәlәri qarşısında hәr addımda
incidilәn hәmyerlilәrinin pozulmuş hüquqlarını müdafiә
edirdi.
* * *
Sahә pristavlarının dәftәrxanasına, balıq vәtәgәlәrinin
nәzarәtçilәrinә, dövlәt әmlakı agentlәrinә, vergi müfәttişliyi
vә mәhkәmә mәmurlarına ünvanlanan müraciәt vә şikayәt
әrizәlәrinin sayı artmağa başladı. Bu şikayәtlәr hamısı Hәsәn
bәy Mәlik-Zәrdabinin sәrrast, aydın oxunan sәliqәli xәtti ilә
yazılırdı. Әmәllәrinin üzә çıxmasından qorxub-çәkinәn, әn
başlıcası isә rahatlıqları pozulduğuna görә qәzәblәnәn
mәmurlar özündә hakimiyyәt әleyhinә çıxmağa cәsarәt
tapdığına, xalqın vәkili rolunu könüllü şәkildә üzәrinә
götürdüyünә görә sadә insanların tәrәfinә keçmiş fәal vә
cәsarәtli Zәrdab bәyinә qarşı mübarizәdә birlәşdilәr.
Hәsәn bәy döyüş çağırışını qәbul etdi. O, ailәsini Zәrdabda
514
qoydu, tәsәrrüfatını başlı-başına buraxdı, sәliqә ilә becәrilәn
bağ-bağçasını unutdu. Qәza mәrkәzinә, habelә Bakı vә
Tiflisә daha yaxın olmaq üçün dәmiryol xәtti üzәrindәki
Ucar stansiyasına köçdü. Hәtta müraciәt edәn şәxslәrin
mәsәlәlәri ilә mәşğul olmaqdan ötrü lazımi şәhadәtnamә dә
aldı. Bu yolla fәrdi vәkillik fәaliyyәti ilә mәşğul olmaq
istәyirdi. Әslindә, yeni mәşğuliyyәt sahәsi ona hәm dә yaxşı
qazanc gәtirә bilәrdi. Lakin hәmişә belә hallarda olduğu
kimi, Hәsәn bәy üçün әsas mәsәlә qazanmaq yox, haqsızlıqlara
qarşı mübarizәsini yeni üsul vә vasitәlәrlә davam etdirmәk
idi. Hәtta mәhkәmәlәrdәki çıxışları da qanunun, Senatın
kassasiya qәrarlarının müvafiq bәndlәrinә әsaslanan müdafiә
nitqi kimi sәslәnmirdi. Onlar, bir qayda olaraq, hakimiyyәt
nümayәndәlәrinin әleyhinә çevrilmiş kәskin, ifşaedici
pamfletlәr idi.
Bu arada Hәsәn bәy әrizәlәr, xüsusәn dә ayrı-ayrı kәndli
qrupları, bәzәn bütöv kәnd icmaları adından şikayәt dolu