Page 516 - design_Topcubashov_Full_Layout 1
P. 516
Əlimərdan bəy Topçubaşov
gәtirmәyә çalışırdı. Qanunsuzluqla üzlәşdiyi mәqamlarda
polisin özbaşınalıqları ilә әlaqәdar, necә deyәrlәr, alәmә car
çәkmәk mәsәlәsindә onun qarşısını heç bir qüvvә ala bilmәzdi.
O, adәtәn, belә tәsadüflәrlә bağlı dәrhal Tiflis qәzetlәrinә
sәrt, kәskin mәqalәlәr yazır, yeni tәhqiqatlar aparılmasını
tәlәb edirdi.
* * *
Hәsәn bәyin Tiflis mәtbuatındakı fәaliyyәti ayrıca qeyd
edilmәlidir. Bu әmәkdaşlıq onun yuxarıda haqqında
danışdığımız yerli hakimiyyәtlә mübarizә çağları ilә üst-
üstә düşür vә 1881–1895-ci illәri, tәxminәn 15 illik dövrü
әhatә edirdi. Әslindә, hәmin fәaliyyәt Şәrqi Zaqafqaziyada
– indiki Azәrbaycanda yaşayan milyonlarla müsәlmanın
mәnafeyini qorumaq, pozulmuş haqlarını bәrpa etmәk
istiqamәtindә aparılan işlәrin davamı, yaxud mahiyyәt etibarilә
yeni üsullarla hәyata keçirilmәsi idi. “Әkinçi”nin
bağlanmasından sonra Hәsәn bәyin on minlәrlә hәmvәtәninin
516
hәyatı, intellektual vә iqtisadi maraqları tamam kölgәdә
qalmış, mәtbuatın diqqәtindәn yayınmışdı. Bir tәrәfdәn
Zaqafqaziyanın şәrq hissәsinin mәrkәzi sayılan Bakıda rus
dilindә ilk qeyri-hökumәt qәzeti 80-ci illәrin başlanğıcında
580
(әvvәlcә cәnab Kuzminin , sonra isә cәnab Sokolinskinin
redaktorluğu ilә nәşr olunan “Kaspi” qәzeti) meydana
çıxmışdı. Digәr tәrәfdәn isә hәtta ictimai vә zemstvo mәsәlәlәri
barәdә geniş tәsәvvürә malik olanlar bir yana qalsın,
ümumiyyәtlә, hәmin qәzetә mәqalә göndәrәn, onunla
әmәkdaşlıq etmәk istәyәn adamlar tapılmırdı. Sevimli
övladının – “Әkinçi”nin sıradan çıxarılmasının ağrı-acısını
bir an da unutmayan Hәsәn bәy mövcud reallıqları diqqәtdәn
qaçıra bilmәzdi. Aydın nәzәrә çarpan boşluğu doldurmaq,
ara-sıra da olsa, doğma xalqının hәyatı ilә bağlı mәtbuatda
mәlumat vermәk, onun sonsuz әzablarını vә tәxirәsalınmaz
ehtiyaclarını hakim dairәlәrә xatırlatmaq üçün yazmaq son
dәrәcә zәruri idi. O illәrdә böyük qızı vә oğlunun tәhsil