Page 520 - design_Topcubashov_Full_Layout 1
P. 520

Əlimərdan bəy Topçubaşov


                  mәhkәmә sistemindә xidmәt etmiş, Tiflis kәnd tәsәrrüfatı
                  mәktәbindә mülki hüquq vә mәrzçәkmә dәrslәrini aparmış,
                  Tiflis müsәlmanlarının ictimai işlәri ilә mәşğul olmuş,
                  nәhayәt, Qafqaz Hüquq Cәmiyyәtinin kitabxanaçısı vә katibi
                  kimi fәaliyyәt göstәrmişdi. Bakıya köçәndәn sonra hәm
                  Hәsәn bәy, hәm dә Әlimәrdan bәy Bakı Şәhәr Dumasının
                  üzvü seçilmişdilәr. Tәxminәn elә hәmin vaxtda Ә.Topçubaşov
                  “Kaspi” qәzetini Hacı Zeynalabdin Tağıyevdәn mәtbәәsi ilә
                  birlikdә icarәyә götürmüşdü. 1897-ci ildәn onların “Kaspi”dә
                  vә Bakı müsәlmanlarının ictimai hәyatında birgә fәaliyyәtlәri
                  başlanmışdı.
                     Biz burada hәyatının son dövrü ilә әlaqәli şәkildә yalnız
                  Hәsәn bәyin gördüyü işlәr barәsindә danışacağıq.


                                           * * *
                     1897-ci ildәn ömrünün axır günlәrinә qәdәr Hәsәn bәy
                  Ә.Topçubaşovun naşir-redaktoru olduğu “Kaspi” qәzetindә
                  әmәkdaşlıq etmişdi. Nәticәdә böyük tәcrübәyә malik jurnalist
         520      vә publisist kimi, Hәsәn bәy Şәrqi Zaqafqaziyanın, hәtta
                  demәk olar ki, bütün Qafqazın mövcud hәyatı vә ümumi
                  mәnzәrәsini tәnqidi şәkildә nәzәrdәn keçirib dәyәrlәndirmәk
                  üçün geniş imkan qazanmışdı. O, yenidәn sevimli qәzetçilik
                  işi ilә mәşğul olmaq fürsәti әldә etmişdi. Aydın mәsәlәdir
                  ki, bu dövrün iş vә hәyat şәrtlәri “Әkinçi”nin vaxtında
                  olduğundan bir qәdәr fәrqlәnirdi. Bu baxımdan ilk növbәdә
                  “Kaspi”nin türk-azәrbaycan dilindә deyil, rus dilindә nәşri
                  ayrıca qeyd edilmәlidir. Tәbii ki, ana dilindәn imtina çıxılmaz
                  vәziyyәt nәticәsindә әl atılan xoşagәlmәz cәhәt kimi
                  qiymәtlәndirilmәlidir. Çünki Qafqaz rәhbәrliyi hәmin dövrdә
                  müsәlmanlara öz doğma dilindә qәzet çap etmәyә,
                  ümumiyyәtlә, hәr hansı nәşriyyat fәaliyyәtinә icazә vermirdi.
                  Hәtta rusca nәşrlәrin sayı da o qәdәr çox deyildi. “Kaspi”
                  uzun müddәt bütün Zaqafqaziya miqyasında yeganә gündәlik
                  qәzet sayılırdı. Yalnız 1905-ci ildә Әlimәrdan bәy Topçubaşov
                  Peterburqdan Bakıda “Hәyat” 584  adlı qәzet çıxarmaq üçün
                  icazә ala bilmişdi.
   515   516   517   518   519   520   521   522   523   524   525