Page 525 - design_Topcubashov_Full_Layout 1
P. 525

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           hәqiqi müdafiәçisi sayırdılar. Yaşadıqları küçә vә mәhәllәlәrin
           abadlaşdırılması, bazarlarda qayda-qanun yaradılması,
           vergilәrin toplanmasında düzgünlük vә әdalәtin gözlәnilmәsi
           vә s. mәsәlәlәrlә әlaqәdar xahişlәri nәzәrә alınmayanda
           onlar ya ayrı-ayrılıqda, ya da kollektiv şәkildә Hәsәn bәyә
           şikayәt mәktubları ünvanlayırdılar. Bu adamlar yaxşı bilirdilәr
           ki, xahişlәri cavabsız qalmayacaq, Hәsәn bәy dumanın әn
           yaxın iclaslarının birindә idarәlәrә sorğu göndәrәcәk,
           çәkinmәdәn günahkarın adını söylәyәcәk vә tezliklә qayda-
           qanun yaradılmasına nail olacaq.
               Vә onlar gümanlarında yanılmırdılar. Hәqiqәtәn dә,
           Hәsәn bәyә ünvanlanan müraciәtlәrin heç biri diqqәtdәn
           kәnarda qalmır, hamısına cavab verilirdi. Nәticәdә, şәhәr
           idarәsi daha çox inanmağa başladı ki, Hәsәn bәyin – bu
           “xırdaçı” qlasnının idarәçilik orqanlarının fәaliyyәtinә tәnqidi
           münasibәti hikkә vә әsәbiliyindәn deyil, vәziyyәti, az da
           olsa, yaxşılığa doğru dәyişmәklә bağlı sәmimi istәyindәn
           irәli gәlir. Şәhәr idarәsi vә ümumәn hakimiyyәtdә tәmsil
                                                                       525
           olunanlar әhalinin әksәr hissәsinin Hәsәn bәyin arxasında
           dayandığını, onun ictimai fikirdә özünә çoxlu tәrәfdarlar
           topladığını, tәnqid vә sәrt ittihamlarının da buradan
           qaynaqlandığını görmәyә bilmәzdilәr.
               Dumaya seçildiyi dövrdәn etibarәn şәhәr hәyatı ilә bağlı
           әksәr daxili vә xarici sәciyyәli tәşәbbüslәr Hәsәn bәyin adı
           vә yorulmaz fәaliyyәti ilә sıx bağlı olmuşdu. Belә tәşәbbüslәr
           sırasına şәhәrdәki bağçaların sahmana salınması, Dәnizkәnarı
           Bulvarın yenidәn qurulması vә s. daxil edilә bilәr. Әn çox
           diqqәt çәkәn cәhәt isә Hәsәn bәyin Bakı әhalisinin
           maariflәnmәsi yolunda gördüyü uğurlu işlәr idi.  Yalnız
           fәaliyyәtinin tәk bu sahәsi onun xatirәsinin hәmişә böyük
           ehtiramla yad edilmәsinә kifayәtdir. Hәm dә Hәsәn bәy
           sadәcә xalq maarifi sahәsindә çalışmaqla kifayәtlәnmirdi.
           O, könüllü şәkildә hәm oğlan, hәm qız uşaqlarının tәlim-
           tәrbiyәsi işinә mәnәvi rәhbәrlik kimi çәtin vә mәsuliyyәtli
           bir işi dә öz öhdәsinә götürmüşdü.
   520   521   522   523   524   525   526   527   528   529   530