Page 524 - design_Topcubashov_Full_Layout 1
P. 524

Əlimərdan bəy Topçubaşov


                  dumada mәhz fikir vә rәylәri ilә heç kәsin hesablaşmadığı
                  belә insanların müdafiәçisi olaraq qaldı.
                     Hәsәn bәy iclaslarda әlindәki rәqәm vә faktlara әsaslanaraq
                  şәhәr idarәsini, onun tabeliyindәki orqanların fәaliyyәtini
                  haqlı vә kәskin tәnqid atәşinә tuturdu. Şәhәr rәhbәrliyini
                  yalnız varlıların istәk vә iradәsinә uyğun hәrәkәt etmәkdә,
                  yalnız imkanlı adamların yaşadıqları mәrkәzi hissәni
                  abadlaşdırmaqda, başqa mәhәllәlәrә, xüsusәn dә yoxsul
                  daxmalarının yerlәşdiyi ucqarlara әsla diqqәt yetirmәmәkdә,
                  burada yol çәkilmәsinә, mәktәb vә xәstәxanalar tikilmәsinә,
                  abadlıq vә işıqlandırma işlәrinә, nәqliyyat tәminatına әhәmiyyәt
                  vermәmәkdә günahlandırırdı. O yalnız memarların,
                  mühәndislәrin irәli sürdüklәri gәrәkli, faydalı tәklif vә
                  layihәlәri tәriflәmәklә vәzifәsini bitmiş saymırdı. Şәhәrin
                  diqqәtdәn kәnarda qalan kasıb, ucqar mәhәllәlәrindә
                  tәxirәsalınmaz abadlıq işlәri aparılmasını tәlәb edirdi. Dumanın
                  nadir iclasları Hәsәn bәyin kәskin çıxışları olmadan keçirdi.
                  Bu çıxışlar әsas etibarilә torpaq sahәlәrinin çox ucuz
         524
                  qiymәtlәrlә Bakı zәnginlәrinә satılması ilә әlaqәdar şәhәr
                  idarәsinin qәbul etdiyi qәrarlara qarşı çevrilirdi. Dumanın
                  belә әdalәtsiz addımlarına etirazını bildirәn, qanunverici
                  hakimiyyәt tәmsilçilәrini xalqla vicdanlı vә insaflı rәftara
                  çağıran Hәsәn bәy fikirlәrini dәlil-sübutlarla әsaslandıraraq
                  göstәrirdi ki, torpaqları varlılara su qiymәtinә satan şәhәr
                  idarәsi kasıblara münasibәtdә tamamilә fәrqli mövqe tutur,
                  şәhәrin baş planına uyğun gәlmәdiyini bәhanә gәtirib
                  daxmalarını başlarına uçurur. Әgәr bir tәrәfdәn “Kaspi”
                  qәzeti, o biri tәrәfdәn isә Hәsәn bәy vә dumanın yoxsulların
                  maraqlarının müdafiәsindә dayanan Ә.Topçubaşov,
                  A.M.Benkendorf 587  vә b. kimi bir neçә nәfәr üzvü olmasaydı,
                  Bakının yüzlәrlә, bәlkә dә, minlәrlә yerli sakinini diş-
                  dırnaqları ilә qurduqları kasıb evlәrini hәmişәlik itirmәk
                  kimi әzablı tale gözlәyirdi. Bakının müxtәlif millәtlәrdәn
                  ibarәt yoxsul, әmәkçi sinfi Hәsәn bәyin xidmәtlәrini unutmur,
                  dumadakı çıxışlarını yüksәk qiymәtlәndirir, onu özlәrinin
   519   520   521   522   523   524   525   526   527   528   529