Page 529 - design_Topcubashov_Full_Layout 1
P. 529
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
tәhsili sahәsindә әvvәlki kimi fәaliyyәt göstәrmәyә hazırdır.
Onun fәdakar xidmәtlәri unudulmamalıdır. Hәsәn bәy Mәlik-
Zәrdabinin әn yaxın silahdaşı vә sәdaqәtli ömür-gün yoldaşı
Hәnifә xanımın son dәrәcә qiymәtli maarifçilik işinin xüsusi
qeyd edilmәsinә ehtiyac vardır.
* * *
Azәrbaycan türklәrinin intellektual vә mәdәni inkişafında
Hәsәn bәyin adı ilә bağlı bir sıra mühüm tәşәbbüslәr
mövcuddur. İlk teatr tamaşası, xalq nәğmәlәrinin ilk nәşri,
ilk xeyriyyә cәmiyyәti, atalar sözlәrinin ilk dәfә toplanması
bu tәşәbbüslәr sırasına daxil edilә bilәr.
Daha böyük fayda gәtirmәk, kütlәlәr arasında maarif
işığını daha geniş ölçüdә yaymaq üçün Hәsәn bәy xalq
hәyatını bütün tәrәflәri vә cәhәtlәri ilә әhatә etmәyә can
atırdı. Ona görә dә faydalı ola bilәcәyi heç bir işin yanından
sakit ötüb-keçmirdi, heç bir yeni mәdәni tәşәbbüsә
qoşulmaqdan özünü kәnarda saxlamağı bacarmırdı. Çünki 529
çevrәsindәki qaranlıq mühit hәr xırda ziya zәrrәsinә, günәş
işığının hәr şüasına möhtac idi. Hәsәn bәy mövcud hәyatın
bütün kәskinliyi ilә ortaya qoyduğu zәruri tәlәblәrin ardınca
getmәli idi. Başqa yol tanımırdı! O, fәaliyyәtini heç vәchlә
yalnız bir sahә ilә mәhdudlaşdıra bilmәzdi. Yalnız bir
tәbәqәnin tәlәblәrinә cavab vermәklә kifayәtlәnә bilmәzdi.
Nә qәdәr faydalı sayılsa da, nә qәdәr dәrindәn yiyәlәnsә dә,
yalnız bir peşәnin sahibinә çevrilә bilmәzdi. Mükәmmәl
tәhsil görmüş Hәsәn bәy әla tәbiәt tarixi müәllimi,
ümumiyyәtlә, çox bacarıqlı pedaqoq ola bilәrdi. İlahidәn
ona belә istedad verilmişdi. Pedaqoji sahәdә ardıcıl çalışsaydı,
bir müddәt sonra orta tәhsil müәssisәsinin direktoru vәzifәsinә
yüksәlә bilәrdi (yeri gәlmişkәn, sürgünә göndәrildiyi
Stavropolda belә tәklif almışdı). Yaxud qazandığı xüsusi
biliklәr sayәsindә çox gözәl kәnd tәsәrrüfatı mütәxәssisi ola
bilәrdi. Hәsәn bәyin tanınmış jurnalist, yaxud vәkil kimi
mәşhurlaşmaq imkanları da kifayәt qәdәr böyük idi.