Page 530 - design_Topcubashov_Full_Layout 1
P. 530
Əlimərdan bəy Topçubaşov
Lakin Azәrbaycan türklәrinin hәmin dövrdәki vәziyyәti
azsaylı ziyalılara yalnız bir sahә üzrә ixtisaslaşmağa imkan
vermirdi. Mövcud hәyat şәrtlәri özünü xalqın xidmәtindә
görmәk istәyәn insanlardan eyni zamanda bir neçә sahәdә
fәaliyyәt göstәrmәyi tәlәb edirdi. Sanki xalq hәmin ziyalı ilә
şәrt kәsir vә deyirdi: “Әgәr hәyatını bütünlüklә mәnә xidmәtә
hәsr etmәk istәyirsәnsә, onda yalnız bir sahә üzrә mütәxәssis
olmaq fikrindәn hәmişәlik daşınmalısan. Özünü bütünlüklә
mәnim ixtiyarıma vermәlisәn. Hansı anda nәyә ehtiyac
duysam, o sahәdә işlәrin öhdәsindәn gәlmәyi bacarmalısan.
Әks tәqdirdә xidmәtinә ehtiyac görmәrәm. Bәlkә dә, bir
sahәnin mütәxәssisi kimi sәn göydәn ulduz da qopara
bilәrsәn. Mәnә isә yalnız bir yerdә deyil, hәr işdә lazımsan”.
Bu mәcburi ensiklopedizm vә universalizm mәdәni
cәhәtdәn geridә qalmış xalqların tәrәqqisi yolunda çalışan
milli ziyalıların qismәti vә sәciyyәvi özәlliklәrindәn biridir.
Yerin, zamanın vә şәraitin, elәcә dә mövcud hәyat
şәrtlәrinin tәlәbi ilә Hәsәn bәyin fәaliyyәti dә belә
530 metamorfozlara mәruz qalmış, geniş vә çoxcәhәtli sәciyyә
daşımışdı.
Paris,
1925-ci il
Маяк Азербайджана. Баку, 2009, с. 14–92.